Şaxtalı havada yolların buz bağlaması kişinin ölümünə səbəb olub.
“Regionpress.az” xəbər verir ki, hadisə bu gün saat 17-18 radələrində Biləsuvar rayonunda olub.
Belə ki, Biləsuvar şəhər sakini, 1958-ci il təvəllüdlü Cəmil Rəhimov piyada yolunda hərəkətdə olarkən, buzlu yolda sürüşərək yıxılıb.
Başından ağır xəsarət alan C.Rəhimov xəstəxanaya çatdırılarkən vəfat edib.
Qeyd edək ki, 66 yaşlı baba azyaşlı nəvəsini buzlu yollardan təhlükəsiz evə gətirmək üçün məktəbdən gəlirmiş.