Narkoşəbəkənin üzvləri narkotik tərkibli 10 000 ədəd metadon həbi ilə saxlanıldı

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş narkotik tərkibli həblərin satışını təşkil etmək istəyən narkoşəbəkənin üzvləri tutulub.

“Regionpress.az” xəbər verir ki, əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri Vasif Kazımov və Vurğun Abıyev sonuncunun idarə etdiyi “Kia Rio” markalı avtomobildə Yardımlı-Masallı avtomobil yolunun 35-ci kilometrliyində saxlanılıb. Həmin şəxslərdən 10 000 ədədə yaxın narkotik tərkibli metadon həbi aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı nəticəsində onların sözügedən narkotik vasitəni əldə etdikləri şəxslər də müəyyən edilib. Cinayətkar qrupun digər üzvləri- Yardımlı rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Rafət Məcidli və Muxtar Bayıyev da polis əməkdaşları tərəfindən saxlanılaraq məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.

Related posts

Leave a Comment