Narkotikin təsiri altında maşın sürən qəza törətdi

Masallıda yol qəzası baş verib.

“Regionpress.az” xəbər verir ki, hadisə Masallı şəhərində qeydə alınıb.

Belə ki, rayon sakini Elvin Məmmədov idarə etdiyi “Kia” markalı avtomobillə  Masallı şəhərində yol qəzası törədib.

Həmin sürücü müvafiq tibbi müayinədən keçirildikdən sonra onun narkotik vasitədən istifadə etdiyi məlum olub.

E.Məmmədov  məhkəmənin qərarı ilə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla bir ay müddətinə inzibati qaydada həbs olunub.

Related posts

Leave a Comment