Neftçalada vahid məktəbli geyimi ilə bağlı maarifləndirmə işlərinə başlanılıb

Bildiyimiz kimi yeni tədris ilindən etibarən şagirdlər yeni məktəbli geyimləri ilə oxuduqları təhsil müəssisələrinə üz tutacaqlar.

Bəs görəsən bu istiqamətdə məktəblər maarifləndirmə işini necə aparıb, valideyinlər kifayət qədər məlumatlıdırmı?

Bu sualla Neftçala şəhər S.İmanov adına 1 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Abdullayevaya müraciət etdik.

Ülviyyə Abdullayeva bildirib ki, “Məktəb Pedoqoji Şurası tərəfindən məktəbli forması seçilib və valideynlər NK-nın qərarına əsasən Pedaqoji Şura tərəfindən seçilən məktəbli forması barədə məlumatlandırılıb. Məktəbə az müddət qalmış forma tapmaqda çətinlik yaşanmasın deyə indidən istədikləri satış məntəqələrindən gedib formanı almaları tövsiyə edilib.”

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq edilməsi nəzərdə tutulub.

Related posts

Leave a Comment