Bakı Ali Neft Məktəbinin bir qrup tələbəsi xaricdə təhsil almaq imkanı qazanıb.
“Regionpress.az” xəbər verir ki, bu haqda ali təhsil ocağının rektoru Elmar Qasımov öz fecbook səhifəsində paylaşım edib.
Belə ki, Ali Məktəbimizin daha bir qrup tələbəsi 2023/2024-cü tədris ilinin yaz semestrini Almaniya, Bolqarıstan, İspaniya, Polşa və Türkiyə universitetlərində təhsil almaq şansı əldə edib.
“Erasmus+KA107” və mübadilə proqramları ilə təhsillərini davam etdirəcək 12 tələbə və onların valideynləri ilə görüşdə BANM-in rektoru E. Qasımov xoş arzularını çatdırıb.
Proqramdan yararlanmaq imkanı əldə etmiş tələbələrdən biri Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin məzunu Tahir Əskərlidir. O, Neft-qaz mühəndisliyi ixtisası 4-cü kursunun tələbəsidir, yaz semestrində təhsilini Türkiyə Texniki Universitetində davam etdirəcək.
Qeyd edək ki,Tahir Vüqar oğlu Əskərli Biləsuvar şəhər sakinidir. Anası Fatma Əskərli Biləsuvar RMX-də həkim-terapevtdir.
Tələbələrə uğurlar arzu edirik!