Oğuzda sel Xalxal kəndinə ziyan vurub.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında Xalxal kəndinə öncə güclü dolu, sonra leysan yağış yağıb. Kəndin mərkəzindən keçən Xalxal çayının daşması nəticəsində avtomobil yoluna və yaşayış evlərinin həyətinə su dolub. Nəticədə bəzi evlərin həyətlərindəki toyuq-cücə tələf olub.
Dolu meyvə ağaclarına və həyətyanı təsərrüfatlara da ziyan vurub.
Hazırda rayonda leysan yağış davam edir.