Pensər çayından yenə təhlükə var

Astara rayonunun Şahağacı kəndi ərazisində torpaq sürüşməsi yenidən intensivləşib.

“Regionpress.az” xəbər verir ki,  Astara rayonunun ərazidən keçən Pensərçayın  sağ və sol sahilləri sürüşmə səbəbindən 20 – 25 metr genişlənib.

Şahağacı kəndinin sakinlərinin sözlərinə görə  intensivləşən torpaq sürüşməsi 50 yaxın ev üçün təhlükəli vəziyyət yaradıb. Torpaq sürüşməsi vətəndaşların həyətyani sahələrindəki tikililərə, meyvə bağlarına da ciddi ziyan vurub. Kəndin gediş-gəliş yolu daraldığından ağır tonajlı yük maşınları yoldan keçə bilmir. Əraziyə çağrılan təcili yardım maşınları mənzil başına tam gələ bilmir.

Hazırda sakinləri narahat edən   çay kənarına bənd vurulmasıdır ki, Şahağacı kənd bələdiyyəsinin sədri Samir Mayilov APA – ya bildirib ki, “7 evə gedən yol tamamilə yuyulub. Gediş – gəliş üçün məhdudiyyətlər yaranıb. Baş verən təbii fəlakətlə bağlı dərhal rayon icra hakimiyyətində komissiya yaradılıb. Yaradılan komissiya ilə birgə həmən yerlərə baxış keçirilib. Fövqalada Hallar Nazirliyinin (FHN) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumlarına müraciət olundu. Onların əməkdaşları gəlib yerlərdə baxış keçirib və aktlaşdırılıb. Ərazidə bəndləşmə işləri ilə bağlı müəyyən tapşırıqların verilməsi müzakirə olunub”.

Qeyd edək ki, bir müddət öncə, bu ilin sentyabırında Pensər çayından keçən sel suları sözügedən kəndlə yanaşı digər kəndlərə də ziyanı olub.

Related posts

Leave a Comment