Polis işçilərinin peşə bayramı Biləsuvarda qeyd olundu

Bu gün Biləsuvar rayonunda 2 iyul-Polis işçilərinin peşə bayramı günü münasibətilə ilə tədbir keçirildi.

“Regionpress.az” xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı  Bəhruz Məhərrəmov və hüquq mühafizə orqanlarının rəhbərləri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsinə gül dəstələri düzüblər.Bayram tədbirində çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov peşə bayramları münasibəti ilə polis işçilərini təbrik edərək, tarixi və şərəfli bir yol keçmiş Azərbaycan polisinin yarandığı gündən xalqı və dövləti mənafeyinə məsuliyyətli vəzifələri vicdanla yerinə yetirirməsindən söz açıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov peşə bayramları münasibətilə polis işçilərini təbrik edərək, xoş sözlərini bildirdi. Biləsuvar rayon Polis şöbəsinin rəisi Nəsib Məmmədov onlara göstərilən bu yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirərək, şəxsi heyəti bayram münasibətilə təbrik etdi.Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşı Biləsuvar Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edildi və xatirə şəkli çəkildi.

Qeyd edək tədbir iştirakçlları bu gün Biləsuvar Rayon Polis şöbəsinin Bəydili kəndində yeni inşa olunmuş 4 saylı İnzibati Sahəsinin polis məntəqəsi üçün inşa edilmiş yeni binanın açılışını da edib.

Related posts

Leave a Comment