Təqaüddə olan polis mayoru Saroğlan Vahabov vəfat edib.
“Regionıress.az” xəbər verir ki, Saroğlan Bafı oğlu Vahabov 25 sentyabr 1948-ci ildə Lerik rayon Çökərə kəndində anadan olub.
O, 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) hüquqşünaslıq fakültəsini bitirib.1977-ci ildə Biləsuvar Rayon Polis Şöbəsində ( keçmiş Puşkin rayon milisi ) sahə müvəkkili kimi xidmətə başlayıb. Sonra həmin şöbədə cinayət axtarış üzrə əməliyyatçısı, şöbənin istintaq qrupunun müstəntiqi və istintaq qrupunun baş müstəntiqi vəzifələrinədək yüksəlib.
2006-cı ildə yaşa görə təqaüdə çıxan S. Vahabovun 30 illik fəaliyyətində cinyətkarlığa qarşı səmərəli və gərgin xidmətləri olub. Birinci Qarabağ müharibəsi veteranıdır. Xidmətdə olduğu dövrdə çalışdığı şöbənin zabit heyətinin şərəf məhkəməsinin sədri, vəfatınadək isə şöbənin polis veteranları şurasının sədri seçilib.
Gözəl ailə başcısı olan S. Vahabovun 3 övladı, 4 nəvəsi var. 22 dekabr 2023-cü ildə yaşadığı Biləsuvar rayonunda vəfat edib.
Allah rəhmət eləsin!.