Polislər qanvermə aksiyasında fəal iştirak edib

Astara rayonunda talassemiyalı və hemofiliyalı xəstələrə dəstək məqsədilə qanvermə aksiyası keçirilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Regionpress.az”a bildirilib ki, qanvermə aksiyasında polislər  fəal iştirak edib.

Astara Rayon Mərkəzi Xəstəxanasında “Qan ver, yaşat!” devizi ilə reallaşan aksiyada Astara Rayon Polis Şöbəsinin şəxsi heyəti  iştirak edib. Onlar bu xeyirxah və nəcib aksiyada iştirak etməyin bir vətəndaşlıq borcu olduğunu hesab etməklə talassemiyadan əziyyət çəkənlərə öz dəstək və diqqətlərini nümayiş etidirblər.

Qeyd edək ki, hər bir donor qanvermədən əvvəl tibbi müayinədən keçirilib və toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Related posts

Leave a Comment