Qəzada 43 yaşlı qadın ağır xəsarət aldı

Biləsuvarda ağır yol-nəqliyyatı qəzası baş verib.

“Regionpress. az” xəbər verir ki, hadisə Biləsuvar şəhərində, bazara yaxın ərazidə baş verib.

Belə ki, “BMW” markalı minik avtomobili ilə “Kamaz” markalı yük avtomobili toqquşub.

Qəzada minik avtomobilinin sərnişini, Cəlilabad rayonun Təzəkənd kəndinin sakini, 1980 -cı il təvəllüdlü Bayramova Gülər Qulam qızı aldığı ciddi xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma gedir.

Related posts

Leave a Comment