Qədir -Xum bayramı münasibətilə Biləsuvarda ehsan süfrəsi təşkil edilib

Qədir – Xum münasibətilə Biləsuvar rayonunda şəhid ailə üzvlərinin və dini ayinlərin icraçılarının iştirakı ilə görüş keçirilib.

“Bİlesuvarinfo” xəbər verir ki, görüş Biləsuvar şəhər Cümə Məscidində məscidin imamı Hacı Əlifağa Murtuzovun təşəbbüsü ilə keçirilib. Rayonun çoxsaylı şəhid ailə üzvlərinin və dini ayinlərin icraçılarının iştirak ilə məsciddə camaat namazı qılınıb, bol- bol dualar edilib. Daha sonra ehsan süfrəsi verilib.

Məscidin imamı Hacı Əlifağa Murtuzov qeyd edib ki, bu gün Qədir-Xum bayramıdır: “Vilayət, yəni özünəqayıdış bayramı. Qəlblərə qəlb dilində səslənən, qəlbləri fəth edən övliyaların bayramı. Allah bu bayramı hamımıza mübarək etsin və vilayətə olan bağlılığımızı artırsın, dövlətimizi həmişə dövlətlər arasında uca qərar versin, rəhbərimizi qorusun!.”

Qeyd edək ki, bu il Qədir-Xum bayramı iyulun 6-na təsadüf edib.

 

Related posts

Leave a Comment