Salyan və Neftçalada təhsilverənlərlə görüş olub

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli və idarənin sektor müdürü Salyan və Neftçala rayonlarında təhsilverənlərlə görüşüb.

“Regionpress.az” xəbər verir ki,  görüşdə həmin rayonlarda fəaliyyət göstərən məktəblərin direktorları, direktor müavinləri və cari ildə 4-cü sinifdə dərs demiş ibtidai sinif müəllimləri iştirak ediblər.

Görüş zamanı 4-cü sinifdə baş verən geriləmələrin səbəbləri, növbəti tədris illərində bu geriləməni aradan qaldırmaq üçün görüləcək tədbirlər müzakirə olunub. İdarə müdiri tərəfindən müəllimlərə tədrisin keyfiyyətini qaldırmaq istiqamətində tövsiyələr verilib.

Related posts

Leave a Comment