Sertifikatlaşdırmanın növbəti mərhələsində Biləsuvarda onlar fərqlənib

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi davam edir. Bu gün Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə sertifikatlaşdırmanın test imtahanı mərhələsinin 3-cü gününə 420 nəfər təhsilverən dəvət olunub.

“Regionpress.az” xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar Təhsil sektoru üzrə sertifikatlaşdırma prosesinin test imtahanında rayon üzrə 149 müəllim iştirak edib. Onlardan 9 nəfəri  daha yüksək, 50 baldan yuxarı nəticə göstərib.

Belə ki, Biləsuvar şəhə 4 saylı orta məktəbin fransiz dili müəllimləri Xumar İbrahiova və Bahar Quluyeva müvafiq olarq 57 və 51, Ovçubərə kənd tam orta məktəbin  ibtidai sinif müəllimi Fidan Abbasova 57, Amankənd kənd tam orta məktəbin ibtidai sinif müəllimi Günay Ocanova 54, Təzəkənd tam orta məktəbin fransız dili müəllimi Elfira Nəsibova 54, Biləsuvar şəhər K.Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin fransız dili müəllimləri Məleykə Qaraşova və Gülnar Əlizadə müvafiq olaraq 54 və 53, Ağayrı kənd tam orta məktəbin fransız dili müəllimi Yeganə Vahabova 51 və Biləsuvar şəhə 4 saylı orta məktəbin rus dili müəllimi olanTəranə Əmirova 51 balla xarici dili fəni üzrə liderliyi qazanıb.

Qeyd edək ki, Millət vəkili Bəhruz Məhərrəmov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Biləsuvar şəhər 1 saylı tam orta məktəbindəki imtahan mərkəzində olaraq imtahan prosesinin gedişatını izləyib, sertifikatlaşdırmada iştirak edən müəllimlərə uğurlar arzulayıblar.

 

Related posts