Sumqayıt Dövlət Universitetinin dəstəyi ilə Oksford Universiteti (Saïd Business School) və Burjeel Holdinq COP29 çərçivəsində “İqlim Dəyişikliyi Müsabiqəsi” final mərhələsi keçirilib

Sumqayıt Dövlət Universitetinin dəstəyi lə Oksford Universiteti (Saïd Business School) və Burjeel Holdinq COP29 çərçivəsində “İqlim Dəyişikliyi Müsabiqəsi” final mərhələsi keçirilib.
“Regionpress.az” xəbər verir ki, müsabiqəyə 58 ölkədən daxil olan 1000-dən çox müraciət daxil olub ki, bunlardan təxminən 135-i Azərbaycandan olub.
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Kənan Kərimzadə müsabiqənin açılışında çıxış edərək layihənin vacibliyindən danışıb və müsabiqə finalçılarına uğurlar arzu edib.
Sumqayıt Dövlət Universitetinin rektoru, dosent Rüfət Əzizov və Oksford Universitetinin (Saïd Business School) əməliyyatlar üzrə baş direktoru Manos Kapterian çıxış edərək müsabiqə haqqında məlumat verib: “Hər il keçirilən “İqlim Dəyişikliyi Müsabiqəsi” qlobal arenada gəncləri iqlim dəyişikliyinə qarşı hərəkətə keçməyə və öz cəmiyyətlərində transformativ dəyişikliklər yaratmağa ruhlandırmaq üçün geniş səylərin bir hissəsidir”.
Təqdimatlardan sonra münsiflər heyəti layihələrin qiymətləndirməsini aparıb. Müsabiqənin münsiflər heyətinin qərarı ilə finala vəsiqə qazanan müəllimlərdən Hindistanı təmsil edən Naqeeb Mehdi, şagird komandalarından isə Birləşmiş Ərəb Əmirliyi təmsil edən komanda birinci yerə layiq görülüb. Mükafatlandırma mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxış edərək müsabiqənin faydalarından bəhs edib və qalibləri təbrik edib.
Qeyd edək ki, müsabiqədə ümumilikdə 5 müəllim və 5 şagird komandası final mərhələsində iştirak hüququ qazanıb. Finala vəsiqə qazanan müəllimlərdən Azərbaycandan Aliyə Əhmədova, Hindistandan Mariya Shah və Naqeeb Mehdi, Böyük Britaniyadan Michael P. Jones və Livandan Roudaina Kassam, şagird komandalarından isə ABŞ-dən 2, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirliyindən və Livandan bir komanda layihələrini münsiflər heyətinə təqdim edib.

 

Related posts