Sünnət olunan şəhid övladlarına toy çalındı

Şəhid Tehran Cəfərovun  övladlarına kiçik toy məçlisi təşkil olunub.

“Regionpress.az” xəbər verir ki, şəhidimizin azyaşlı övladları Nadir və  Sənur sünnət olunması münasibətilə onlara Biləsuvar rayonunda toy çalınıb.

Qeyd edək ki,  Cəfərov Tehran Nadir oğlu 1992-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub.  Silahlı Qüvvələrimizdə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu ximət göstərib. Vətən müharibəsində Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Döyüşlərdə rəşadətlərinə görə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.

Şəhidimizin 10 yaşlı qızı Nahidə, 8 yaşlı Nadiri, 7 yaşlı Senuru Vətənə əmanətdir.

Şəhidimizə Allah rəhmət eləsin, ruhu şad olsun!.

Related posts

Leave a Comment