Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil sektorlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə sahəsində aparılan ardıcıl və məqsədyönlü işlər və bu istiqamətdə təhsil işcilərinin öhdəsinə düşən vəzifələr müzakirə olunur.
“Regionpress.az” xəbər vürir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan Biləsuvar sektorunda Korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşınısının alınması məqsədilə tədbir təşkil olunub..
Tədbirdə çıxış edənlər ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional işlər barədə məlumat verdilər. Tədbir iştirakçıları korrupsiya hüquqpozmaları, bu növ əməllərə görə tətbiq edilən məsuliyyət tədbirləri, korrupsiyanın ictimai və iqtisadi həyata neqativ təsirləri, korrupsiyaya şərait yaradan amillər, maraqların toqquşması, məlumat təhlükəsizliyi, ölkəmizdə və beynəlxalq təcrübədə həyata keçirilən antikorrupsiya strategiyalarının əsas istiqamətləri və s. məsələlər haqda məlumatlandırıldılar.