Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin Şirvan şəhərində və Hacıqabul rayonunda təhsilverənlərlə görüşü olub.
“Regionpress.az”xəbər verir ki, görüşdə sözügedən idarənin Tədrisin Keyfiyyət Sektorunun müdiri Vüqar Dadaşovun iştirakı ilə Şirvan şəhərində və Hacıqabul rayonunda 4-cü siniflərin monitorinq nəticəsi müzakirə olunub.
Görüşdə 4-cü sinifdə baş verən müəyyən geriləmələrin səbəbləri ətraflı araşdırılıb, növbəti tədris illərində bu geriləməni aradan qaldırmaq üçün həmin rayonların məktəb direktorları, direktor müavinləri və ibtidai sinif müəllimlərinə tapşırıqlar verilib.
İdarə müdiri K.Mənsimli tədrisin keyfiyyətini qaldırmaq istiqamətində öz tövsiyələrini verib.