“Regionpress.az” xəbər verir ki MKT Biləsuvar filialının “Mərkəzi Qan Bankı” ilə birgə təşkil olunan qanvermə aksiyasında hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların, ictimaiyyətin nümayəndələri yüksək fəallıq nümayiş etdirib.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlıq durumu əvvəlcədən müəyyən olunub və tibbi müayinədən sonra onlardan qan götürülməsinə icazə verilmişdir. Qan vermək üçün 76 nəfər rayon sakini müraciət edib, müayinələrdən sonra onların əksəriyyətindən qan götürülüb.
Akisiyada bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına dəstək vermək, eyni zamanda, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın insanları könüllü qanvermə aksiyalarına qoşulmaq çağırışına cavab olaraq, hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək məqsədi ilə davamlı olaraq ölkənin bütün hüdudlarında baş tutan bu kimi nəcib aksiyalara yüzlərlə ürəkdən qoşullaraq, xeyirxahlıq nümyiş etdirir.
Aksiyada qurumların əməkdaşları ilə yanaşı, çoxsaylı könüllü iştirak etmişdir.