Taxta parçasını sənət əsərinə cevirən sənətkar

Oyma, yonma, cızma üsulu ilə sənət əsərlərinin yaradılması ənənəsi ölkəmizdə tarixən mövcud olub. Əcdadlarımızın hələ qədim dövrlərdə daş üzərində oyub-cızdıqları rəsmlər, fiqurlar buna sübutdur.

“Regionpress.az” xəbər verir ki, bu gün ölkəmizdə bu sənəti yaşadan azsaylı sənətkarlardan biri Rauf İbrahimovdur. Salyan şəhər 4 saylı orta məktəbin təsviri incəsənət müəllimi işləyən oymacı sənətkar böyük sevgiylə öz sənətini yaşadır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Bədii qrafika” fakültəsinin tələbəsi Rauf müəllim 2000-ci ildən başlayaraq bədii oyma sənətində mükəmməl sənət əsərləri yaratmağa nail olub.

İlk dəfə dörd il öncə, özünü Nizami Gəncəvin əsərlər qəhrəmanı Bəhram Gurun kompazisiyası üzərində sınayan sənətkar bu işin mükəmməl alınmasına nail olub. İndi onun emaltxanasını 40-dan çox mükəmməl əsərlər bəzəyir. Peşəkar əl işləri arasında “Nizami”, Aşıq Ələsgər, Xocalı faciəsi, “Dəmir yumruq,  “Morj”, “Ov” və başqa kompozisiyalar diqqəti cəlb edir. Xəlil Rzanın büstünü, “Naməlum skripkaçı” və “İspan döyüşü” əsərlərini xüsusi  utsalıqla ərsəyə gətirdiyi son əl işləridi sırasındadır. İş prosesində daha çox qoz, qızılgöz və göyrüş ağaclarından istifadə edib.

Öz işi ilə nəfəs alan sənətkar qarşısına çıxan fəqli odun parçası ilə rastlaşdıqda, onda yeni kompazisiya ilə bağlı ideyalar yaranır. Neçə-neçə tullantı ağac kötüklərinə yeni həyat verib, sənət əsərini çevirib. Heç bir boyadan, yamaqdan istifadə etmədən neçə-neçə tullantı ağac kötüklərinə yeni həyat verib, sənət əsərini çevirməklə.. .

 Ömrünün 53-cü baharını yaşayan Rauf  müəllimov yorulmadan gənclik enerjisi ilə öz peşəsini sevə-sevə şagirdlərinə də öyrədir: “ Bu sənət böyük səbr və ciddi diqqət tələb etdiyindən şagirdlərin bəziləri yorulur və sənəti yarı yolda buraxırlar. Ancaq, sənətin əsl mahiyyətini anlayan bir necə şagirdimin olması məni sevidirir ki, davamçılarım var. Bu sənət mənim üçün sanki bir mənəvi qidadır”.

Oymaçıya elə məktəbin emalatxanasında şərait yaradılıb. Elə ilk əl işlərini də məktəbin həyətində bitən göyrüş ağaclarının qurumuş hissələrindən istifadə edərək hazırlayıb.

Bədii oyma ustasının gələcəklə bağlı arzuları çoxdur. İstəyir ki, hazırladığı əl işlərinin satışı geniş təşkil olunsun, əldə etdiyi vəsaitlə şəxsi emalatxanasının tikintisinə nail olsun. Burdan tam sərbəst istifadə etmək işimdə daha  yüksək nəticələr göstərə bilərəm-, deyir oymacı

https://regionpress.az/wp-login.php

Related posts