Toyuq kəsim sexində nöqsanlar aşkarlanıb

Toyuq kəsim sexində nöqsanlar aşkarlanıb.

Masallıda toyuq kəsim sexində baytarlıq, sanitar – gigiyenik tələblərin əməl olunmaması aşkarlanıb.

AQTA – nin Lənkəran – Astara bölməsinin böyük məsləhətçisi Tamerlan Məmmədov APA – nın cənub bürosuna verdiyi məlumatda bildirib ki, 1003 çağrı mərkəzinə daxil olan şikayət əsasında Masallı rayon sakini fiziki şəxs Feyziyev Mirramil Mirhüseyn oğluna məxsus toyuq kəsim sexinə baxış keçirilmişdir.

Baxış zamanı sexdə qida təhlükəsizliyi baxımından texniki normativ hüquqi aktlarının tələblərinə əməl olunmadığı aşkarlanmışdır və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Kəsilmiş toyuq məhsullarından nümunə götürülərək müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi institunun müvafiq laboratoriyasına göndərilmişdir.

 

Related posts

Leave a Comment