VI Robot Olimpiadasında Şirvan şəhərinin məktəbliləri qaliblərdən olub

 Ölkədə yeniyetmə və gənclər arasında keçirilən VI Robot Olimpiadasına yekun vurulub.

 “Regionpress.az” xəbər verir ki, Milli Gimnastika Arenasında  Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı baş tutan olimpiadanın qalibləri arasında olan şirvanlı şagirdlər var. Onlar  3-cü yerə layiq görülüblər. .

Belə ki, olimpiadadanın final mərhələsində Şirvan STEAM təhsili üzrə müvəffəqiyyət qazanan məktəblilərdən ibarət “Gigabyte”komandası, Olimpiadanın yekununda  “Gigabyte” komandası “Robimission sinyor” kateqoriyası üzrə qalib olub. Komandanı şagirdlər:  Hüseynov Asif, Həsənli Kamal və Axundov BalaHüseyn təmsil edib.

Olimpiadada 8 yaşdan 19 yaşadək, Respublikanın ümumilikdə 20 rayon və şəhərindən 249 komanda “Robomission”, “Robosports”, “Future innovators”, “Future engineers” kateqoriyalar üzrə qeydiyyatdan keçib. Qeydiyyatdan keçən komandaların hazırlıq səviyyəsi ilə bağlı monitorinqlər keçirilib və final mərhələsində 160 komanda iştirak etmək hüququ qazanmışdı.

Qeyd edək ki, VI Robot Olimpiadasında qalib olmuş komandalar 7-9 noyabr, 2023-cü il tarixlərində Panama Respublikasında keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəklər.

Related posts

Leave a Comment