“Xəlil həkimin şəfalı əlləri sayəsində gözüm nuruna qovuşdu”

Şəhid Vurğun Rzayevin anası Mənsumə xanımın gözü cərrah-oftalmoloq Xəlil (Hüseynov) həkim tərəfindən əməliyyat olunub.

“Regionpress.az” xəbər verir ki, oftalmoloq-həkimin çətin əməliyyatın öhdəsindən yüksək dəqiqliklə gəlməsi şəhid anasının uzun müddətdən bəri davam edən narahatçılığına son qoyulub.

Mənsumə Əliyeva deyir ki, dövlətimizin qayğısı Xəlil həkimin şəfalı əlləri sayəsində gözüm nuruna qovuşdu: “Müxtəlif yerlərdə gözümü müayinə edən həkimlər əməliyyatın riskli olmasından ehtiyat edirdilər.Övladlarım məni Xəlil həkimin yanına apardılar. O, gözümü müayinə edərək, təcili əməliyyata ehtiyac olmasına qərar verdi. Bu zaman şəhid anası olmağımı xəbər tutanda, kassaya etdiyimiz ödənişin geri qaytarılmasını göstəriş verdi. Sağ olsun, Xəlil həkim məni yüksək nəvazişlə qəbul edib, tam təmənnasız gözümü əməliyyat etdi.
Hazırda özümü tam rahat hiss edirəm. Göstərdiyi diqqətə görə Xəlil həkimə çox sağ olun-deyirəm. Şəfalı əlləriniz hər zaman var olsun, Xəlil həkim.”

Allah xalqımızın istedadlı həkimini qorusun!.

Related posts

Leave a Comment