“Regiopress.az” xəbər veri ki, nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan müraciətdə deyilir:
Bu baxımdan, cari ilin iyulun 19-dan başlayan Məhərrəm ayında, o cümlədən iyulun 28-nə təsadüf edən “Aşura” günündə hər bir şəxsin məscidlərə rahat gediş-gəlişini və dini ayinləri sərbəst, maneəsiz icra etməsi üçün polisin gördüyü işlərə dəstək vermənizi, eyni zamanda dini mərasimlərdə yetkinlik yaşına çatmayanların iştirakının tövsiyə olunmadığını nəzərə almanızı xahiş edirik.
Hər bir şəxsin həyatının, sağlamlığının, hüquqlarının, qanuni mənafelərinin, bütövlükdə cəmiyyətin dinc həyatının qorunmasına xidmət edən bu müraciəti anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq”.