Yolu keçmək istəyən həmkəndlisini maşınla vurub öldürdü

Biləsuvarda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası olub.

“Regionpress.az”xəbər verir ki, hadisə Biləsuvar – Bəhrəmtəpə yolunun Çaylı kəndindən keçən hissəsində baş verib.

Belə ki, rayonun Çaylı kənd sakini, Fətullayev Ziyafəddin Fikrəd oğlu idarə etdiyi “Ford” markalı yük aftomobili ilə hərəkətdə olarkən həmkəndlisi, 1969 – cı il təvəllüdlü Sultanova Səlimə Mirmahmud qızını vurub.

Qəzada ağır xəsarət alan S.Sultanova hadisə yerində vəfat edib.

Qeyd edək ki, hadisə avtobusdan düşən piyada yolu keçmək istəyərkən baş verib.

 

Əlaqədar yazılar

ŞƏRH YAZ