Yüksək nəticə göstərmiş şagirdlərlə görüş olub

Şirvan-Salyan Regional Təhsil İdarəsi yüksək nəticə göstərən şagirdlərlə görüş keçirib.

“Regionpress.az” xəbər verir ki, IV sinif monitorinqində yüksək nəticə göstərmiş istedadlı şagirdlərlə görüşdə regional təhsil idarəsinin müdiri Sənan Mənsimli, bu şagirdlərin valideynləri və məktəblərinin rəhbərləri iştirak edib.

Şirvan-Salyan Regional Təhsil İdarəsinə tabe rayonların sektor müdirlərinin də iştirak etdiyi görüş zamanı müəllim və valideynlərin fikir və təklifləri dinlənilib, şagirdlərin istedadlarının sonrakı inkişaf mərhələləri müzakirə olunub. İdarə rəisi  S.Mənsimli çıxışında bildirmişdir ki, ölkə Prezidenti İlham Əliyevin diqqəti sayəsində təhsilimizin daha yüksək inkişaf mərhələsinə çatdırılması üçün yetərli şərait var. Qarşıda duran məqsədə çatmaqda daha aydın vəzifələr var, biz təhsil işciləri səylərimizi artırmaqla buna nail ola bilərik.. .

Görüşün sonunda xatirə şəkli çəkilib.

Related posts

Leave a Comment