Biləsuvarda ağır yol qəzası baş verib, ölən və yaralılar var

Biləsuvarda bir ailənin altı üzvü qəzaya düşüb, ölən və yaralılar var. “Regionpress.az” xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb. Belə ki, Ağcabədi rayon sakini, Nazim Abbasov idarə etdiyi minik avtomobilini qəfildən yolun kənarına aşırıb. Hadisə nəticəsində avtomobildə olan sürücünün ailə üzvləri – 1975-ci il təvəllüdlü Aynur Abbasova, 1997-ci il təvəllüdlü Ayşən Əbdülhəsənli, 1993-cü il təvəllüdlü Şəhriyar Əbdülhəsənli, 2017-ci il təvəllüdlü Ə.Əbdülhəsənli və 2021-ci il təvəllüdlü T. Əbdülhəsənli müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Sürücü N.Abbasov dünyasını dəyişib. İlkin məlumata görə, sürücü hadisədən əvvəl…

Read More

Biləsuvarda qurbanlar kəsilib, imkansız ailələrə yardımlar çatdırılıb

Dünya müsəlmanlarının müqəddəs Qurban Bayramı hər il olduğu kimi bu il də ölkəmizdə geniş şəkildə qeyd olunur. “Bilesuvarinfo” xəbər verir ki, respublikamızın digər hüdüdlarında olduğu kimi  Biləsuvar rayonunda Qurban bayramı münasibətilə tədbirlər keçirilib. Biləsuvar rayon  İcra  Hakimiyyəti tərəfindən müqəddəs bayram münasibətilə 600 – ə yaxın aztəminatlı ailəyə maddi yardımlar ödənilib. Biləsuvar Rayon  İcra  Hakimiyyətinin təşkilatçılığı ilə, Bakı şəhərindən təşrif buyurmuş bir çox iş adamları (həmçinin Türkiyədən təşkilat) bayram sovqatlarını  Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və  digər imtiyazlı ailələrə çatdırıb. Rayon mərkəzində və kəndlərində iş adamları və imkanlı şəxslər kəsdirdikləri  qurbanlıqları imkansız ailələrə paylayıb. Rayonda…

Read More

Cəlilabadda şəhid Xatirə bulağının açılışı olub

Cəlilabad rayonunda Şəhid Kamran İsgəndərlinin doğum günü qeyd edilib. “Regionpress.az”ın məlumatına görə, tədbirdə Cəlilabad rayon icra hakimiyyətinin rəsmiləri, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak edib. Həmçinin Vətən müharibəsi şəhidinin doğum günü onun xatirəsinə inşa edilmiş Xatirə bulağının da açılışı olub. Çıxış edənlər qeyd edib ki, şəhidlərimizin əziz xatirəsi həmişə uca tutulub və onların adlarının əbədiləşdirilməsi üçün belə xeyirxah işlərin görülməsinin vacibliyi xüsusi vurğulanıb. Şəhidin atası Yaşar İsgəndərli  öz çıxışında şəhid ailələrinə göstərilən qayğıya görə dövlətimizə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Read More

Sürücü digər sürücü tərəfindən döyüldü

Cəlilabadda sürücü döyülərək xəsarət alıb. “Regionpress.az” xəbər verir ki,  hadisə rayonun Novruzallı kəndi ərazisində baş verib. Belə ki, Cəlilabad rayonunun Adnalı kənd sakini Azad Beytulla oğlu Nuriyevin sözlərinə görə, o idarə etdiyi yük maşınını  mağazadan su almaq məqsədilə yol kənarında saxlayayıb:  “Bu zaman arxadan gələn traktoru idarə edən sürücü idarəetməni itirib və yolun kənarına çıxıb. Sərxoş  traktor sürücüsü mənə yaxınlaşaraq, qəfildəm  vurub alın nahiyyəmə ciddi xəsarət yetirib, hadisə yerindən qaçır.” Qeyd edək ki,  A.Nuriyev hadisə ilə bağlı polisə müraciət edib. Faktla bağlı araşdırma aparılır.  

Read More

Faiq Qürbətov şəhid ailələrini ziyarət edib

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Ağayrı kəndində şəhid Fəxrəddin Əliyevin və Cavid Haxverdiyev ailələrini ziyarət edib. Görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları da iştirak edib. “Regionpress.az” ya istnadan xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov torpaqlarımızın azadlığı uğrunda aparılan Birinci Qarabağ Müharibəsində şəhid olan Əliyev Fəxrəddin Seyfulla oğlunun və Haxverdiyev Cavid Əlifağa oğlunun Ağaydı kəndindəki ata ocaqlarını ziyarət edərək, valideynləri vəyaxınları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. İcra başçısı şəhid ailələri ilə görüşdə bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərindəki şanlı qələbəsi ölkəmizin tarixinə qızıl hərflərlə əbədi olaraq yazıldı.Ərazi bütövlüyümüzün bərpası, doğma torpaqlarımızın düşməndən azad edilməsi uğrunda gedən Birinci və İkinci Qarabağ döyüşlərində canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq…

Read More

Biləsuvarın ən böyük məktəbi tikilir

Biləsuvar rayonunda 7 min əhalinin yaşadığı Bəydili kəndində ən müasir tələblərə cavab verəcək məktəbin tikintisi sürətlə davam etdirilir.  “ Regionpress.az” xəbər verir ki, məktəbin tikintisi Heydər Əliyev Fondunun sifarişi ilə “Mornig Star” MMC tərəfindən yüksək səviyyədə  aparılır. Hal – hazırda məktəbin zirzəmi hissəsində tikinti işləri tamamlandırılmaq üzrədir. 3 mərtəbəli, 7 korpusu,  650 yerlik akt zalı, 460 yerlik yeməkxanası və 72 sinif otağı olacaq 1400 şagird yerlik məktəbin tikintisi 2000 kvt.mt ərazidə aparılır. Məktəbin iki bağlı və açıq meydançaları da olacaq. Şəhid Rüfət Mikayılovun adınını daşıyan, 700 yerlik Bəydili kənd tam…

Read More

“Ayaks”ın baş məşqçisi istefaya göndərilib

Niderlandın “Ayaks” komandasının baş məşqçisi Con Heytinqa istefaya göndərilib. “Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, buna Amsterdam təmsilçisinin geridə qalan mövsümdə uğursuz çıxışı səbəb olub. Klub rəhbərliyi 40 yaşlı mütəxəssislə başa çatan müqavilənin müddətini yeniləməyib. Qeyd edək ki, mövsümü 69 xalla 3-cü pillədə başa vuran “Ayaks” UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməyib. 2016-cı ildən paytaxt təmsilçisində çalışan Con Heytinqa bu ilin yanvarından komandaya başçılıq edirdi.

Read More

Masallıda 3 tona yaxın saxta yağ və süd məhsulları aşkarlanıb

Masallı rayonunda 3 tona yaxın saxta kərə yağı, qaymaq və pendir aşkarlanıb. Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətinin Cənub regional qrupundan məlumat verilib. Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları 1976-cı il təvəllüdlü Zahid Sadıqovun rayonun Qızılağac kəndindəki evinin yardımçı təsərrüfat otağından mənşəyi məlum olmayan 2 ton 359 kq qarışıq yağ, 90 kq qaymaq və 126 kq pendir məhsulları aşkarlayıb. Faktla bağlı araşdırma aparılır.

Read More