Aqrar Sığorta Fondu: «Tezliklə fermerlərə zərər ödənişlərinə başlanılacaq»

May və iyun aylarında Azərbaycanda müşahidə olunan güclü yağış, dolu, sel və daşqınlar nəticəsində təsərrüfatlara və əkin sahələrinə dəyən zərərlər üzrə yaxın vaxtlarda ödənişlərin verilməsinə başlanılacaq.Bu barədə Aqrar Sığorta Fondu məlumat yayıb. “Regionpess.az” xəbər verir ki, Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, 2023-cü ildə respublika üzrə 420 min hektara yaxın əkin ərazisi sığortalanıb. İlin əvvəlindən indiyədək əkin sahələrinə dəyən zərərlərlə bağlı Fonda müraciətlərin sayı 7 minə çatıb. Təkcə sel-subasma və yağışlar nəticəsində sığortalı fermerlərdən 1000-ə yaxın müraciət daxil olub: «Bəzi fermerlərimizin əkin sahələri mövsüm ərzində bir neçə…

Read More

Sənət yanğısı

Alim Qasımov – 66 Bu danılmaz bir həqiqətdir ki, musiqi ruhun qidasıdır. Əsl musiqi insanı dincəldir, ruhunu təzələyir, həyat eşqini yüksəldir. Azərbaycan xalq musiqisinin əsasını təşkil edən muğamlarımız isə sözün həqiqi mənasında möcüzədir, sirdir, hikmətdir. Ona görə də muğam ifaçılarının musiqi aləmində xüsusi yeri var. Hər musiqiçidən muğam ifası gözləmək bəlkə də, sadəlövhlük olardı. Başqa sözlə, muğam ifa etmək hər oğulun girdiyi kol deyil… Musiqi aləmində sözünü demiş, oxuduğu muğamlara möhürünü vurmuş, əsl xalq məhəbbətini qazanmış, ustad muğam ifaçıları çox olub. Onlardan dünyasını dəyişənlər də var, bu gün də muğamla…

Read More

Məzunlardan 95 nəfəri məktəbi fərqlənmə attestatı ilə bitirib

 Cari tədis ilində Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərini bitirmiş məzunlara attestatlar təqdim olunub.  “Regionpress.az” xəbər verir ki, şagirdlərə atestatların təqdimatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016 – cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” Qaydalarına əsasən təqim olunub. Qeyd edək ki, sözügedən təhsil idarəsi üzrə,  2022 – 2023 – ci tədris ilində məzunlardan 95 nəfəri məktəbi fərqlənmə attestatı ilə bitirib. Onlardan 40 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, 55 nəfər isə…

Read More

Diqqət!: Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksi şagird qəbulana start verdi

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində təhsil almaq üçün qəbula start verildi. Nəzərinizə çatdıraq ki, Kompleksdə təhsil almaq istəyən IV-X sinif şagirdləri 19.08.2023-cü il tarixində Azərbaycan dili, riyaziyyat və ingilis dilindən, 26.08.2023 – cü il tarixində isə IX-X sinif şagirdləri seçdikləri ixtisas qruplarına uyğun fənlər üzrə yenidən imtahan verəcəklər. İkimərhələli şəkildə baş tutacaq imtahan 09:00-da Kompleksin əsas binasında təşkil olunacaq. Qeyd edək ki, ibtidai siniflər (I-III) üzrə imtahan müsahibə yolu ilə Kompleksin II korpusunda həyata keçiriləcək. İmtahanda iştirak etmək istəyən şagirdlərin aşağıda paylaşılan qeydiyyat linkinə daxil olub…

Read More