Tarixci alim İbadulla Məmmədov vəfat edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi vəfat edib. “Regionpress.az” xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinin  professoru İbadulla Əli oğlu Məmmədov bu gün qəflətən ürək tutmasından vəfat edib. 72 yaşlı pedaqoq  doğulduğu Cəlilabad rayonunun Ocaqlı kəndində dənf olunub. Qeyd edək ki, 1985-ci ldən etibarən sözügen univeristetdə çalışan İ.Məmmədov 6 monoqrafiyanın, 2 metodiq vəsaitin, 1 dərsliyin və 100-ə qədər elmi məqalənin müəllifindir. Onun “Qarabağ sivilizasiyasının mərkəzlərindən biri” məqaləsi dünyanın 64 ölkəsində çap olunub

Read More

Aqrar Sığorta Fondu bu region fermerlərinə dəstəyi genişləndirir

Aqrar Sığorta Fondu və Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Biləsuvarda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda regional tədbir keçirilib. “Regionpress.az” xəbər verir ki, tədbirdə Bləsuvar rayonu ilə yanaşı Sabirabad, Saatlı, İmişli, Salyan, Neftçala,  Cəlilabad və Masallı rayonlarından olan fermerlər iştirak edib. Tədbirdə müxtəlif təbiət hadisələr zananı fermerlərə dəyən zərərin qarşılanmasında aqrar sığortanın əhəmiyyətindən söz açılıb. Qeyd edilib ki, dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta vasitəsilə bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Fermerlərə dəstək üçün aqrar sığorta haqqının 50%-ni dövlət ödəyir. Regional tədbirdə çıxış edən Biləsuvar Rayon…

Read More

Həbsdən yeni çıxan kişi qətlə yetirildi

Cəlilabad rayonunda qətl hadisəsi baş verib. “Regionpress.az” xəbər verir ki, rayon sakini, 1977-ci il təvəllüdlü Əhmədov Mirxəqani Mirnizami oğlu bıçaqlanıb. O, ürək nahiyəsindən aldığı ağır xəsarətdən xəstəxanada ölüb. Qətlə yetirilən M. Əhmədov həbsxanadan yeni çıxıbmış. O, 2017-ci ildən məhkumluq həyatı yaşayıb. Cinayətin qisas zəminində baş verdiyi bildirilir. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Read More

Bəhruz Mehdiyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uzaqgörən siyasəti, xüsusi diqqət və qayğısı ilə Azərbaycan təhsili son illər forma və məzmunca yeni inkişaf səviyyəsinə çatdırılmış, bu sahənin maddi-texniki bazası əsaslı şəkildə yaxşılaşdırılmışdır. «Bütün işlər məhz məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir» – deyən Prezident İlham Əliyevin bu aydın mövqeyi, tapşırıq və tövsiyələri bu gün təhsil sahəsində qazanılan nailiyyətlərin əsas şərtidir. İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Bəhruz Mehdiyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki,…

Read More

“ƏSGƏRƏ MƏKTUB” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ CƏLİLABADDA TƏDBİR KEÇİRİLİB

Müdafiə nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi Cəlilabad rayon İcra Hakimiyyəti ilə birlikdə “Əsgərə məktub ” layihəsi çərçivəsində tədbir keçirib. “Regionpress.az” xəbər verir ki, Müstəüilliyin Bərpası gününə həsr edilmiş tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailərinin üzvləri, qazilər, müharibə veteranları, ümumtəhsil məktəblərinin şagirdləri və təhsil işçiləri iştirak edib. Yüksək əhval-ryhiyyədə keçən tədbirdə iştirakçılar Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə öz salamlarını və istəklərini çatdırmaq üçün məktublar yazıb. Gənclərimizə vətənpərvərlik ruhu aşılayan bu tədbirdə Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri də fəal iştirak edib, qüdrətli ordumuzun qalib əsgərlərinə şanlı məktublar ümvanlayıb.

Read More

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tələbələrlə görüşdü

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tələbələrlə görüşdü. “Regionpress.az” xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının tələbələri ilə maarifləndirici görüş keçirilib. Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Polad Qarayev müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıb. P. Qarayev  narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi qətiyyətli tədbirlərlə bağlı görüş iştirakçılarına məlumat verib. Görüşdə  digər çıxışlar…

Read More

“Əsgərə məktub” bu dəfə Biləsuvarda yazıldı

Biləsuvar rayonunda “Əsgərə məktub” layihəsi çərçivəsində tədbir keçirilib. “Regionpress.az” xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyəti və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, rayon ictimaiyyətinin müxtəlif nümayəndələri iştirak edib. Biləsuvarlı gənc və yeniyetmələr aksiyada xüsusi fəallıq göstərib. Tədbir iştirakçıları Azərbaycan Ordusunun əsgərlərinə ürəklərindən keçən ən xoş arzularını qələmə alıb, xalqımıza qələbə sevincini yaşatdıqlarına görə onlara sonsuz minnətdarlıqlarını çatdırıb.

Read More

Biləsuvar Polisi antinarkotik təbliğatı çərçivəsində məktəblilərlə görüşür

Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə antinarkotik təbliğatı çərçivəsində növbəti tədbir Zəhmətabad kənd tam orta məktəbində təşkil olunub. “Regionpress.az” xəbər verir ki, görüşdə Biləsuvar RPŞ-nin rəisi, polis polkovniki Nəsib Məmmədov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun müdiri və digər qonaqlar iştirak edib. Narkomaniya ümumbəşəri bəladır!” devizi altında keçirilən tədbirdə çıxış edən Biləsuvar RPŞ-nin rəisi, polis polkovniki N. Məmmədov narkomaniyanın yayılması gələcək nəslin sağlam həyat tərzi üçün böyük təhlükə törətməsindən söz açıb. Bildirib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir: “Bu gün ölkəmizdə…

Read More

Mədəni niyyətli bir ömür yolu

 Onun mənalı ömür yoluna nəzər saldıqda, bütün fəaliyyətində cəmiyyətçün faydalı olmasına,  hər zaman yenilikçi və fədəkar əməyinə şahid olursan.  Yarım əsrə bərabər olan bir tarixdə doğma rayonunun Mədəniyyət sahəsindən söhbət düşəndə, daha çox xatırlanan bu insanın həyat  yolu  bir daha deməyə əsas verir ki, o, peşəsi üçün doğulub.  Yeniyetmə yaşlarından incəsənətə, musiqiyə böyük həvəs göstərən Zülfüqar Əliyev bu sahədə ilk təhsilini  tar məktəbində alıb. 1969-cu ildə 19 yaşlı gənc Bakı Mədəni Maarif Texnikomunda təhsil aldığı müddətdə ilk əmək fəaliyyətinə Biləsuvar rayon (keçmiş Puşkin) Mədəniyyət evində kitabxanaçı vəzifəsi ilə başlayıb. 1969-1971…

Read More

“Məktəbli innovativ mühəndislər” layihəsinin təqdimatı oldu

Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant Müsabiqəsinin qaliblərindən “Məktəbli innovativ mühəndislər” layihəsinin açılış mərasimi olub. “Regionpress.az” xəbər verir ki, açılış tədbiri Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində baş tutub. Tədbirdə layihə rəhbəri, layihənin idarə heyəti, təhsil işçiləri iştirak edib. Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin təhsil işləri üzrə müavini Müşfiq Dadaşov, Bəydili kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, Əməkdar müəllim Aybəniz Əhədova, layihənin eksperti, Cəlilabad rayonu Günəşli kənd Əfilağa Həsənov adına 2 nömrəli tam orta məktəbin direktoru Elçin…

Read More