Siyasi partiyalar İlham Əliyevə müraciət etdi

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Prezident İlham Əliyevə müraciət edib. “Regionpress.az” xəbər verir ki, müraciətdə deyilir: “Möhtərəm cənab Prezident, Azərbaycan xalqının milli birliyi, müzəffər Ordumuzun qəhrəmanlığı və Zati-alinizin qətiyyətli siyasi iradəsi bütün dünya azərbaycanlılarına bugünkü qürur dolu anları yaşadır. Siyasi baxışlarından asılı olmayaraq indi hər bir Azərbaycan vətəndaşı dərk edir ki, tarixin bütün dövrlərində başımıza gələn faciələrin, torpaqlarımızın itirilməsinin, soydaşlarımızın öz doğma yurdlarından didərgin salınmasının, suverenliyimizin pozulmasının başlıca səbəbi milli birliyin olmaması, hərbi və iqtisadi gücümüzün zəifliyindən irəli gəlmişdir. Uzun zaman ərzində böyük səbir, təmkin və iradə göstərərək Azərbaycanın daxili…

Read More

Lənkəranda “Qarabağ Azərbaycandır” layihəsi təqdim olundu

Lənkəranda “Qarabağ Azərbaycandır” layihəsinin açılış tədbiri keçirilib  “Regionpress.az” xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsinin qalibi – Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin müəllimi və direktoru Gülşən Axundzadənin rəhbəri olduğu “Qarabağ Azərbaycandır!” məktəblilərarası bilik yarışı layihəsinin 14.10.2023 tarixində açılış tədbiri yüksək səviyyədə təşkil olunub. Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin akt zalında təşkil olunan tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə sektorunun müdiri Elman Rzayev, sektorun aparıcı məsləhətçiləri Cəmil Axundzadə və Nüsrət Əlizadə, sektorun metodisti Kamran Məmmədov,…

Read More

Layihə çərçivəsində lənkəranlı məktəblilər  beynəlxalq səviyyəli STEAM bacarıqları yarışlarına qoşula bilər

Layihə çərçivəsində lənkəranlı məktəblilər  beynəlxalq səviyyəli STEAM bacarıqları yarışlarına qoşula bilər Lənkəranda “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsinin açılış tədbiri keçirilib. “Regionpress” xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsinin qalibi – Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin texnologiya fənn müəllimi Dünya Veysəlovanın rəhbəri olduğu “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsinin açılış tədbiri yüksək səviyyədə təşkil olunub. Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin akt zalında təşkil olunan tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə…

Read More

Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə görüşü olub 

Oktyabrın 12-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub. “Regionpress.az” AZƏRTAC-a istinadən  xəbər verir ki, Prezident Vladimir Putin çıxış edərək dedi: Hörmətli İlham Heydər oğlu, Sizi görməyimə çox şadam. Biz sonuncu dəfə Sizinlə telefonla danışmışdıq. Əlbəttə, açıq demək lazımdır ki, burada bir nömrəli məsələ Qarabağ ətrafındakı vəziyyətdir. Bizim başqa gündəliyimiz də var, o, kifayət qədər genişdir. Təklif edirəm ki, işimizi aşağıdakı kimi quraq: onda biz ikinci hissədən başlaya bilərik, həmkarlarımıza öz fikirlərini söyləməyə, danışmağa imkan verək. Sonra bir daha üz-üzə qalaq və söhbət edək, məsələlərin…

Read More

Faiq Qürbətov: “Təhsildə keyfiyyət əldə etməkdə birgə əmək vacib şərtdir”

Biləsuvar rayonunda rayon ümumtəhsil müəssilərində təhsilin keyfiyyəti ilə əlaqədar görüş keçirildi. “Regionpress.az” xəbər verir ki,  Biləsuvar rayonunda təhsilinin keyfiyyətinə dair Biləsuvar Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə iştirakı ilə görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, başçının müavini Ləman Yüzbaşova, Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli və məktəb direktorları iştirak etdi. Tədbirdə başcı F. Qürbətov çıxışında bildirdi ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son dövrlərdə təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bu gün ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət…

Read More

Prezident bizi bir-birimizə oxşatdı…

Arayikin həbs fotosunu görəndən cəmi bir neçə saniyə sonra “Amlovas” ömürlük həyatıma daxil oldu. Beynimdəki zoqqultudan gözlərim torlanır. İş yoldaşlarımdan kimsə “bu, təzyiqdir” deyərək ilkin diaqnoz qoyur. Redaksiyada yaşı 40-dan yuxarı kim varsa, hərə əlini cibinə salıb eyni tərkibli, müxtəlif adlı təzyiq dərmanı çıxarır… Hardansa təzyiqölçən tapıb gətirirlər. Ölçürlər: 161-110. – Yuxarıdır, bir stəkan limonlu su.  Adını indi xatırlamadığım daha bir təzyiq dərmanı. – Qoy, iki tablet içsin.  İçirəm. On beş dəqiqə keçir, ölçürlər: 159-107. Düşmür. Emin Səfərov böyürdən israr edir: – Təcili yardım çağıraq. Bir “dibazol” vuracaqlar, sakitləşəcək.  103-ə…

Read More

SDU-da “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirildi

“Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyası”nın icrasına ictimai dəstək məqsədilə  Sumqayıt Dövlət Universitetində “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfrans keçirildi. Bakı Politoloqlar Klubu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və universitetin təşkilatı dəstəyi ilə baş tutan konfransda ölkənin tanınmış ziyalıları, bu təhsil ocağının 450 nəfər professor-müəllim heyəti, tələbələri və ictimai fəallar iştirak edib. “Regionpress.az” xəbər verir ki, konfrans öncəsi  SDU-nun rektoru Rüfət Əzizov və qonaqlar  universitetin foyesində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər. Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət…

Read More

Əlverişsiz hava şəraiti pambıqçılığa  mənfi təsirini göstərsə də…

Cari ildə əkini ərəfəsində yağışların intensivliyi, tempüratur dəyişgənliyi pambıqçılıqda mənfi təsirsiz ötüşmədi. Davamlı yağışlarda məhsulun yetişməsi gecikdi, mütəxəssislərə görə daban qozalarının çürüməsi məhsuldarlığa 5 sentiner mənfi təsir deməkdir. Əlverişsiz hava şəraitinin yığım ərəfəsində də müşahidə olunması yığıma hazır olan pambıq məhsulunun yerə tökülməsinə səbəb olur, bu isə məhsul itkisinə və onun keyfiyyətinə mənfi təsir göstərir.   “Bilesuvarinfo” xəbər verir ki, hazırda mülkiyyətçilər əlverişsiz havanın yaratdığı çətinliklərə baxmayaraq məhsulu tarladan toplamağa çalışır. Bu işdə rayondakı istehlakçı müəssisələr yığımı təşkil etmək məqsədilə bütün maşın və mexanizmləri, pambıqyığanları hazır vəziyyətə gətirib. Xüsusilə 8 oktyabırdan…

Read More

Məktəblərdə vakant  vəzifələrə iddialı olanlar test imtahanı verdi

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində vakant olan vəzifələrə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib. “Regionpress.az” xəbər verir ki, bu gün keçirilən test imtahanında 300-dən çox namizəd iştirak edib, onlar 80 dəqiqə ərzində təqdim olunan sualları cavablandırıb. Qeyd edək ki, sözügedən təhsil idarəsi üzrə məktəblərdə vakant olan  vəzifələr: uşaq birliyinin rəhbəri, təsərrüfat müdiri, təsərrüfat işləri üzrə direktor müavini, psixoloq, direktor müavini, kitabxana müdiri, kitabxanaçı və laborantdır. İmtahada iştirak edən namizədlərə imtahan nəticəsi barədə məlumatlar SMS vasitəsilə bildiriləcək.

Read More

“Darıxma,  qardaşın qəhrəman olacaq..!”

Onlar uşaq yaşlarından zəhmətə alışdılar, halal çörəklə böyüdülər. Təsərrüfat işlərinə maraqlı olan qardaşlar hələ məktəbli olarkən qoyun-quzu saxlayır, ailələrinin maddi sıxıntılarına dəstək olurdular. Bənna atalarının, xəstəxanada xidmətçi  işləyən analarının əziyyətlərini görən Azər hələ 10 yaşında olarkən Nailə ananın qarşısında diz çöküb  deyib: “Ana səni mən özüm xoşbəxt edəcəm. Sən mənimlə fəxr edəcəksən”.  … Quş qanadlı illər Azərlə   Elşən qardaşların həyatından elə sürətlə  ötüb keçdi ki, qonşular deyir ki, biz onların necə böyüdüyünü bilmədik. Onların uşaq qəlbləri sanki xeyirxahlıq xəzinəsi idi. Uşaqlığı gəncliklə əvəz edərkən də tərbiyələrinə, ədəb-ərkan nümunələrinə sadiq qaldılar.…

Read More