Dövlət qeydiyyatına alınmalı olan motosikletlər aksizli mallar sırasına daxil edilib. Sabahdan isə verginin tətbiqininə başlanılacaq. “Regionpress az” Qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Belə ki, yanvarın 1-dən aksiz dərəcəsi Azərbaycana idxal olunan motosikletlər üçün mühərrikin həcmi 125 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrə görə 0,20 manat, mühərrikin həcmi 500 kubsantimetrədək olduqda 25 manat+mühərrikin həcminin 126-500 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,40 manat, mühərrikin həcmi 500 kubsantimetrdən çox olduqda 175 manat+mühərrikin həcminin 500 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 0,50 manat olacaq. Eyni zamanda…
Read MoreMonth: Dekabr 2023
Çinarə Cəfərova mükafatını aldı
Məktəblilər arasında, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. “Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar rayon Yuxarı Ağalı kənd orta məktəbinin IX sinif şagirdi Vəfa Fərid qızı Həsənzadə müsabiqənin qaliblərindən olub. Şirvan -Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli mükafatlandırma mərasimində Vəfa Həsənzadəni təbrik edərək ona fəxri fərman və hədiyyələri təqdim edib. Qeyd edək ki, Şirvan -Salyan Regional Təhsil İdarəsi tərəfindən təşkil olunan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev uşaqların gözü ilə” inşa -yazı müsabiqəsində V. Həsənzadə III yeri tutub.
Read More“MKT İK” MMC bu kənddə məktəbliləri sevindirdi
31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Biləsuvar rayon Xırmandalı kənd 2 nömrəli tam orta məktəbdə tədbir təşkil olunub. “Regionpress.az” xəbər verir ki, “MTK MMC” in təşəbbüsü və dəsdəyi ilə bayram şənliyi bu məktəbdə daha<rəngarəng, maraqlı baş tutub. Tədbir məktəb direktoru Rəşad Əliyevin tədbir iştirakçılarını qarşıdan gələn Yeni il münasibəti ilə təbrik etməsi ilə başlayıb. “MKT İK” MMC Biləsuvar filialının direktoru müavini Miryusif Həşimov şənlik iştirakçılarına çalışdığı müəssisənin rəhbərliyinin təbrikini çatdırıb. O, şagirdlərə yeni ildə təhsildə daha yüksək fəallıq, gələcəkdə dövlətimizçün savadlı və bacarıqlı kadrlar olmağı arzu…
Read MoreDiqqətimizi piar işlərindən çox əməli işə, şagirdlərimizin sevincinə, öyrənməsinə həsr etdik
Dünyada bir çox təşkilatlanmalar gücə çevrilmək və böyük insan kütləsinə təsir etmək üçün müxtəlif üsullardan istifadə edir. Güc olmaq insanyönümlü, faydalılığa xidmət edirsə bu kökündən mütləq dəyərli olacaq. Axı, müxtəlif ideologiyalar əvvəlcə müəyyən dəyər formalaşdıraraq böyüyür. Bir çox ölkələrin təhsil islahatlarının uğuru dövlətin birbaşa düzgün islahatları sayəsində baş tutub. Amma islahat təkcə hər hansı bir proqramı həyata keçirtmək demək deyil, bu proqramların uğuru uğurlu kadr seçimi, kadrların səmimi fədakarlığı ilə uzlaşmalıdır. Təhsil işi səmimi fədakarlıq tələb edir, sən hər hansı təklifi edəndə şagird olmalısan, özünü müəllim kimi hiss etməlisən, ölkənin…
Read MoreSosial xidmətlər Agentliyi cəlilabadlı uşaqları sevindirdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Cəlilabadda Yeni il şənliyi təşkil olunub. “Regionpress.az” xəbər verir ki, ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirə bu rayondan 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər dəvət olunub. Tədbirdə çıxış edən sözügedən agentliyin Lənkəran-Astara regional filialının müdir müavini İlqar Əliyev uşaqlara yeni il təbriklərini çatdıraraq, onlara uğurlar arzulayıb. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində xalqımızın tarixi uğurlarından söz açıb. Ziyafət süfrəsi arxasında əyləşən uşaqlara əyləncəli şou-proqramlar və hədiyyələr təqdim olunub.
Read MorePolis mayoru Saroğlan Vahabov haqq dünyasına qovuşub
Təqaüddə olan polis mayoru Saroğlan Vahabov vəfat edib. “Regionıress.az” xəbər verir ki, Saroğlan Bafı oğlu Vahabov 25 sentyabr 1948-ci ildə Lerik rayon Çökərə kəndində anadan olub. O, 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) hüquqşünaslıq fakültəsini bitirib.1977-ci ildə Biləsuvar Rayon Polis Şöbəsində ( keçmiş Puşkin rayon milisi ) sahə müvəkkili kimi xidmətə başlayıb. Sonra həmin şöbədə cinayət axtarış üzrə əməliyyatçısı, şöbənin istintaq qrupunun müstəntiqi və istintaq qrupunun baş müstəntiqi vəzifələrinədək yüksəlib. 2006-cı ildə yaşa görə təqaüdə çıxan S. Vahabovun 30 illik fəaliyyətində cinyətkarlığa qarşı səmərəli və gərgin xidmətləri olub. Birinci Qarabağ müharibəsi veteranıdır. Xidmətdə olduğu…
Read MoreLənkəranda qızılcadan ölüm olub
Lənkəranda qızılca xəstəliyindən 3 yaşlı uşaq ölüb. “Regionpress.az” xəbər verir ki, rayonun Şirinsu qəsəbəsində 3 yaşlı Uğur Elvin oğlu Abızadədə bir həftə öncə yüksək hərarətdən sonra ev şəraitində müalicə olunub. Ötən gün uşağın yenidən hərarəti yüksəlib və çağırılan təcili tibbi yardım briqadası uşağın xəstəxanaya aparılmasına çalışsa da, valideinləri buna etiraz edib. Təcili yardım briqadası gedəndən sonra halı yenidən ağırlaşan uşaq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər uşağa yardım göstərsə də onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, ailənin digər övladı 2019 – cu il təvəllüdlü Yunus Elvin oğlu…
Read MoreLerikdə qaz balonunun partlaması iki nəfərə ağır xəsarətlə nəticələndi
Lerikdə bədbəxt hadisə bir ailənin iki üzvünün ağır xəsarət almasına səbəb olub. “Regionpress.az” xəbər verir ki, hadisə rayonun Noda kəndində bu gün olub. Belə ki, evdə maye qaz balonu partlayıb. Partlayış nəticəsində rayonunun Noda kənd sakinləri 1969 – cu il təvəllüdlü Asif Əliabbas oğlu Məmmədov və onun həyat yoldaşı 1970 – ci il təvəllüdlü İlhamə Mürsəl qızı Məmmədova ağır bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İ.Məmmədovanın vəziyyəti daha ağırdır və o dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Read MoreCəlilabadda “Niva” 48 yaşlı qadını vurub öldürdü
Cəlilabad rayonunda yol qəzası olub. “Regionpress.az” xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində olub. Belə ki, “Niva” markalı minik avtomobili ilə rayon sakini, 1975-ci il təvəllüdlü Lalə Rüstəmova Fitətxan qızı vurulub. Ağır xəsarət alan piyada rayon xəstıxanasında ölüb. Faktla bağlı araşdırma aparılır.
Read MoreBiləsuvarda “SƏBA” şirkətinin avtomobili qəzaya düşüb, ölən var
Ələt-Astara magistralında ağır yol qəzası baş verib. “Regionpress.az” xəbər verir ki, magistralın Biləsuvar rayonundan keçən hissəsində yük avtomobili qarşıda dayanan yük avtomobilinə çırpılıb. Qəzada Lənkəran rayonunun Liman şəhər sakini 1995-ci il təvəllüdlü Vüqar Heyrət oğlu Əsgərli ölüb. Həmin nəqliyyat vasitəsinin sürücüsü Lənkəran rayonunun Hirkan qəsəbə sakini 1965-ci il təvəllüdlü Tofiq Abbas oğlu Salahlı baş nahiyəsindən xəsarət alaraq Biləsuvar Rayon Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, onların qəzaya düşdüyü nəqliyyat vasitəsi “SƏBA” şirkətinə məxsusdur. Toyuq ətinin satışını həyata keçirirlərmiş. Faktla bağlı araşdırma davam etdirilir.
Read More