Narkoşəbəkənin üzvləri narkotik tərkibli 10 000 ədəd metadon həbi ilə saxlanıldı

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş narkotik tərkibli həblərin satışını təşkil etmək istəyən narkoşəbəkənin üzvləri tutulub. “Regionpress.az” xəbər verir ki, əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri Vasif Kazımov və Vurğun Abıyev sonuncunun idarə etdiyi “Kia Rio” markalı avtomobildə Yardımlı-Masallı avtomobil yolunun 35-ci kilometrliyində saxlanılıb. Həmin şəxslərdən 10 000 ədədə yaxın narkotik tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı nəticəsində onların sözügedən narkotik vasitəni əldə etdikləri şəxslər də müəyyən edilib. Cinayətkar qrupun digər üzvləri- Yardımlı rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Rafət Məcidli və Muxtar Bayıyev da polis əməkdaşları tərəfindən…

Read More

Məktəblilərlə “Narkomaniya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici görüş oldu

Biləsuvarda məktəblilərlə “Narkomaniya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici görüş olub. “Regionpress.az” xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə növbəti görüş rayonun  Xırmandalı kənd M.Abbasov adına 2 saylı tam orta məktəbində keçirilib. Görüşdə çıxış edən Biləsuvar RPŞ-nin rəisi, polis polkovniki Nəsib Məmmədov müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən söz açıb. O, qeyd edib ki,  gəncliyin zərərli vərdişlərdən uzaq olmasında cəmiyyətin  bütün üzvləri birlik nümayiş etdirməsi daha effektli olar. Sözügedən məktəbin direktoru Rəşad Əliyev sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə…

Read More

Çöl donuzunu ovlayan saxlanıldı

Lerikdə qanunsuz çöl donuzu ovu ilə məşğul olan şəxs saxlanılıb. “Regionpress.az” xəbər verir ki,  Lerik Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini E.Vəliyevin Günəşli kəndindəki meşəlik ərazidə axşam saatlarında qanunsuz çöl donuzu ovladığı müəyyən edilib. Ondan 1 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl donuzu aşkarlanıb. Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.

Read More