Dövlət qeydiyyatına alınmalı olan motosikletlər aksizli mallar sırasına daxil edilib. Sabahdan isə verginin tətbiqininə başlanılacaq. “Regionpress az” Qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Belə ki, yanvarın 1-dən aksiz dərəcəsi Azərbaycana idxal olunan motosikletlər üçün mühərrikin həcmi 125 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrə görə 0,20 manat, mühərrikin həcmi 500 kubsantimetrədək olduqda 25 manat+mühərrikin həcminin 126-500 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,40 manat, mühərrikin həcmi 500 kubsantimetrdən çox olduqda 175 manat+mühərrikin həcminin 500 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 0,50 manat olacaq. Eyni zamanda…
Read MoreDay: Dekabr 31, 2023
Çinarə Cəfərova mükafatını aldı
Məktəblilər arasında, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. “Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar rayon Yuxarı Ağalı kənd orta məktəbinin IX sinif şagirdi Vəfa Fərid qızı Həsənzadə müsabiqənin qaliblərindən olub. Şirvan -Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli mükafatlandırma mərasimində Vəfa Həsənzadəni təbrik edərək ona fəxri fərman və hədiyyələri təqdim edib. Qeyd edək ki, Şirvan -Salyan Regional Təhsil İdarəsi tərəfindən təşkil olunan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev uşaqların gözü ilə” inşa -yazı müsabiqəsində V. Həsənzadə III yeri tutub.
Read More