Polis mayoru Elşad Məmmədov dünyasını dəyişib. “Regionpress.az” xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru Elşad İzzət oğlu Məmmədov dünən qəfl ürəktutmadan vəfat edib. 1970-ci il təvəllüdlü E.Məmmədov 30 il daxili işlər orqanlarında çalışıb, sonuncu dəfə içtimai təhlükəsizlik bölməsinin inispektoru idi. Allah rəhmət eləsin!.
Read MoreMonth: Dekabr 2023
Kanalizasiya çəkilişindən Biləsuvar şəhərində daha bir “yadigar”-Yenilənib
Biləsuvar şəhərinə, yekunlaşdırılması deyilən kanalizasiya çəkilişi işlərinin vurduğu fəsadlar tükənmir. Kanilizasiya xəttlərində olan tutulmalar, qazılan küçələrdə bərkidilmə işlərinin aparılmaması səbəbindən asfaltı qoyulan bəzi küçələrdə çökmələr var indi. Həmçinin asfalt qoyulan küçələrdə abonent birləşmələrinin aparılmaması deməyə əsas verər ki, bu iş görülərkən asfalt yollar yenidən az ziyan görməyəcək. “Regionpress.az” xəbər verir ki, Biləsuvar şəhərində kanilizasiya çəkilişi işləri zamanı yarımçıq ( və ya keyfiyyətsiz ) buraxılan işlərin daha bir “yadigar”ı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasını Uşaq xəstəxanası ilə birləşdirən piyada yolundadır. Belə ki, Uşaq xəstəxanasının girişinə bitşik ərazidən küçə xəttinin cəkilişindən artıq iki…
Read MoreCəlilabadda minik avtomobili aşdı- xəsarət alanlar var
Cəlilabad rayonunda yol nəqliyyatı qəzası baş olub. “Regionpress.az” xəbər verir ki, hadisə Bakı-Astara magistralının sözügedən rayondan keçən hissəsində qeydə alınıb. Belə ki, minik avtomobilinin aşması nəticəsində Sumqayıt şəhər sakinləri olan 1968-ci il təvəllüdlü Diləfruz Mirzəyeva və 1952-ci il təvəllüdlü Təyibə Səmədova xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Foto: Şərtidir
Read MoreNarkoşəbəkənin üzvləri narkotik tərkibli 10 000 ədəd metadon həbi ilə saxlanıldı
Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş narkotik tərkibli həblərin satışını təşkil etmək istəyən narkoşəbəkənin üzvləri tutulub. “Regionpress.az” xəbər verir ki, əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri Vasif Kazımov və Vurğun Abıyev sonuncunun idarə etdiyi “Kia Rio” markalı avtomobildə Yardımlı-Masallı avtomobil yolunun 35-ci kilometrliyində saxlanılıb. Həmin şəxslərdən 10 000 ədədə yaxın narkotik tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı nəticəsində onların sözügedən narkotik vasitəni əldə etdikləri şəxslər də müəyyən edilib. Cinayətkar qrupun digər üzvləri- Yardımlı rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Rafət Məcidli və Muxtar Bayıyev da polis əməkdaşları tərəfindən…
Read MoreMəktəblilərlə “Narkomaniya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici görüş oldu
Biləsuvarda məktəblilərlə “Narkomaniya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici görüş olub. “Regionpress.az” xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə növbəti görüş rayonun Xırmandalı kənd M.Abbasov adına 2 saylı tam orta məktəbində keçirilib. Görüşdə çıxış edən Biləsuvar RPŞ-nin rəisi, polis polkovniki Nəsib Məmmədov müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən söz açıb. O, qeyd edib ki, gəncliyin zərərli vərdişlərdən uzaq olmasında cəmiyyətin bütün üzvləri birlik nümayiş etdirməsi daha effektli olar. Sözügedən məktəbin direktoru Rəşad Əliyev sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə…
Read MoreÇöl donuzunu ovlayan saxlanıldı
Lerikdə qanunsuz çöl donuzu ovu ilə məşğul olan şəxs saxlanılıb. “Regionpress.az” xəbər verir ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini E.Vəliyevin Günəşli kəndindəki meşəlik ərazidə axşam saatlarında qanunsuz çöl donuzu ovladığı müəyyən edilib. Ondan 1 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl donuzu aşkarlanıb. Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.
Read More