Gənc həkimimizin müasir dünyada sürətlə inkişaf edən tibb elminin yeniliklərini mənimsəməsi, uralogiya sahəsində qazandığı dərin elmi biliklər, insanlara göstərdiyi nümunəvi tibbi xidmətlə tanışlıqdan sonra düşündük ki, onun haqqında yazmağa dəyər. Babası, atası həkim, elə daşıdığı soy-kökü həkimlərlə məhşur olan Pəzvizin orta məktəb illərində əyninə ağ xalat geyinmək, insanlara şəfa vermək istəyi onu bir an da olsun tərk etməyib. O, 1986-cı ildə Biləsuvarda dünyaya göz açıb.1993-2004-cü illərdə Biləsuvar şəhər 4 saylı orta məktəbini başa vuraraq Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə müvəffəqiyyətlə qəbul olub. 2010-cu ildə Hippokrat andını içdikdən sonra tibbin…
Read MoreMonth: May 2024
Masallıda narkotik vasitə satan şəxslər saxlanılıblar
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitənin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri həyata keçirib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Regionpress.az” xəbər verir ki, verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər oğurluq əməlinə görə məhkum olunmuş Ramin Abiyev saxlanılıb. Ondan 3 kiloqram marixuana, 1 kiloqram metamfetamin aşkarlanıb. Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar- İlqar Əkbərli və Azad Səfərov saxlanılıblar. Onlardan heroin və metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırmalar…
Read MoreNEVROPATOLOQ YEGANƏ RƏŞİDOVA: “XÜSUSİLƏ KİŞİLƏR BİLMƏLİDİR Kİ, SMARTFON ÜÇÜN ƏN PİS YER ŞALVARIN CİBİDİR”
Yatarkən mobil telefonu söndürün və uzağa qoyun Nevropatoloq Yeganə Rəşidova: “Xüsusilə kişilər bilməlidir ki, smartfon üçün ən pis yer şalvarın cibidir” “Mobil telefonların insan orqanizminə təsiri artıq neçə illərdir ki, alimlərin ciddi araşdırma mövzusuna çevrilib. Tədqiqatçıların bu sahədəki qənaətləri müxtəlif olsa da, ümumilikdə bu rabitə növünün insan sağlamlığına təsiri o qədər də ürəkaçan deyil”. Bunları qəzetimizə ATU-nun Tədris Cərrahiyyə Klinikasının nevropatoloqu Yeganə Rəşidova deyib. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 10 il ərzində 13 ölkədə aparılmış tədqiqatların nəticəsinə əsasən, mobil telefonlardan çox istifadə edən insanlarda xərçəng xəstəliklərinin yaranma ehtimalı…
Read More18 yaşlı gənci doğmaları axtarır
Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 2006-cı il təvəllüdlü Nəsib Nəsimi oğlu Quliyev 27.04.2024-cü il tarixində yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb. Nəsib Quliyevin əlamətləri bunlardır: Boyu 173 sm, gözləri qonur rəngdədir. Evdən çıxan zaman əynində göy rəngli cins şalvar, qara idman ayaqqabısı, qara gödəkçə olub. Onun barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Read MoreSərfəli kredit “Biləsuvar – Lombard” MMC – də
Sizə nağd pula olan ehtiyacınızı qarşılamaq üçün qızıl təminatlı kredit təklif edirik. Artıq iki ildir ki, fəaliyyət göstərən kredit təşkilatımız qızıl, zinyət və digər dəyərli girovlarınızın qorunmasına zəmanət verir. Biz lisenziyalı təşkilat olaraq bunu tam əminliklə deyə bilirik! “Biləsuvar – Lombard” təcili pula ehtiyacı olan şəxslərə çox sərfəli Lombard kreditini təklif edir. Belə ki, qızıl zinət əşyalarını girov qoymaqla müştərilər aşağı faizlə kredit əldə edə bilər. Təqdim edilən qızıl zinət əşyaları yüksək dəyərlə qiymətləndirilir. Vaxt qızıldır, sərfəli şərtlərə Lombard kreditlərindən yararlanın. Aylıq 1,5 faizdən başlayan kreditlər 15 dəqiqə ərzində rəsmiləşdirilir.…
Read More