Şəhidlərin xatirəsinə həsr olunmuş güləş üzrə region açıq birinciliyi keçirilib

Gənclər və İdman Nazirliyinin Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə Biləsuvar Olimpiya İdman Kompleksində güləş üzrə region açıq birinciliyi keçirilib. “Regionpress.az”ın verdiyi məlumata görə, Vətən müharibəsi şəhidləri İqbal Astanlının və Babək Mahmudlunun xatirəsinə həsr olunmuş yunan-roma və sərbəst güləş idman növü üzrə region açıq birinciliyi 18-20 oktyabr tarixlərini əhatə edib. Birincilik uğurunda respublikanın 30-dan çox bölgəsindən 400 nəfərə yaxın, 2010-2011-ci il təvəllüdlü yeniyetmə arasında gərgin və maraqlı görüş keçirilib. Yaş qrupları üzrə keçirilən görüşlərdən sonra qaliblər mükafatlandırılıb. Mükafatlandırılma mərasimində Biləsuvar rayonunun  rəsmiləri, Şirvan-Salyan Regional…

Read More

Sumqayıt Dövlət Universitetində Məzun Assosiasiyası təsis olundu

Sumqayıt Dövlət Universitetində Məzun Assosiasiyasının təsis yığıncağı keçirildi. “Regionpress.az” xəbər verir ki, assosiasiyasının təsis yığıncağı univeristeti müxtəlif illərdə bitirmiş məzunların iştirakı ilə keçirilib. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayıb. Tədbirdə  universitetin rektoru, dosent Rüfət Əzizov çıxış edərək, Məzun Assosiasiyasının təsis olunması barədə məzunların təşəbbüsünü təqdir edərək onları bu münasibətlə təbrik etdi. O, universitetdə həyata keçirilən layihələr, məzmun və keyfiyyət göstəriciləri baxımından həyata keçirilən işlər, həmçinin qarşıda duran hədəflər barədə məlumat verdi. Məzun Assosiasiyasının yaradılmasının əhəmiyyətindən…

Read More