Məktəblilər arasında Ulu öndər Heydər Əliyevə həsr olunmuş bilik yarışı keçirildi

Biləsuvar rayonunda məktəblilər arasında ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə bilik yarışı və qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mükafatlandırma mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, layihə rəhbəri və tədbirin təşkilatçısı Kamran Kamranlı, layihəyə dəstək tərəfdaş şirkətlərin nümayəndələri, aidiyyəti təşkilat rəhbərləri və qaliblər iştirak edib.  “Regionpress.az” xəbər verir ki, Biləsuvar Gənclər Evində baş tutan mükafatlandırlma mərasimindən öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Biləsuvar Gənclər Evində təşkil olunmuş tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını…

Read More

“ƏSGƏRƏ MƏKTUB” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ CƏLİLABADDA TƏDBİR KEÇİRİLİB

Müdafiə nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi Cəlilabad rayon İcra Hakimiyyəti ilə birlikdə “Əsgərə məktub ” layihəsi çərçivəsində tədbir keçirib. “Regionpress.az” xəbər verir ki, Müstəüilliyin Bərpası gününə həsr edilmiş tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailərinin üzvləri, qazilər, müharibə veteranları, ümumtəhsil məktəblərinin şagirdləri və təhsil işçiləri iştirak edib. Yüksək əhval-ryhiyyədə keçən tədbirdə iştirakçılar Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə öz salamlarını və istəklərini çatdırmaq üçün məktublar yazıb. Gənclərimizə vətənpərvərlik ruhu aşılayan bu tədbirdə Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri də fəal iştirak edib, qüdrətli ordumuzun qalib əsgərlərinə şanlı məktublar ümvanlayıb.

Read More

“Əsgərə məktub” bu dəfə Biləsuvarda yazıldı

Biləsuvar rayonunda “Əsgərə məktub” layihəsi çərçivəsində tədbir keçirilib. “Regionpress.az” xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyəti və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, rayon ictimaiyyətinin müxtəlif nümayəndələri iştirak edib. Biləsuvarlı gənc və yeniyetmələr aksiyada xüsusi fəallıq göstərib. Tədbir iştirakçıları Azərbaycan Ordusunun əsgərlərinə ürəklərindən keçən ən xoş arzularını qələmə alıb, xalqımıza qələbə sevincini yaşatdıqlarına görə onlara sonsuz minnətdarlıqlarını çatdırıb.

Read More

Mədəni niyyətli bir ömür yolu

 Onun mənalı ömür yoluna nəzər saldıqda, bütün fəaliyyətində cəmiyyətçün faydalı olmasına,  hər zaman yenilikçi və fədəkar əməyinə şahid olursan.  Yarım əsrə bərabər olan bir tarixdə doğma rayonunun Mədəniyyət sahəsindən söhbət düşəndə, daha çox xatırlanan bu insanın həyat  yolu  bir daha deməyə əsas verir ki, o, peşəsi üçün doğulub.  Yeniyetmə yaşlarından incəsənətə, musiqiyə böyük həvəs göstərən Zülfüqar Əliyev bu sahədə ilk təhsilini  tar məktəbində alıb. 1969-cu ildə 19 yaşlı gənc Bakı Mədəni Maarif Texnikomunda təhsil aldığı müddətdə ilk əmək fəaliyyətinə Biləsuvar rayon (keçmiş Puşkin) Mədəniyyət evində kitabxanaçı vəzifəsi ilə başlayıb. 1969-1971…

Read More

“Məktəbli innovativ mühəndislər” layihəsinin təqdimatı oldu

Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant Müsabiqəsinin qaliblərindən “Məktəbli innovativ mühəndislər” layihəsinin açılış mərasimi olub. “Regionpress.az” xəbər verir ki, açılış tədbiri Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində baş tutub. Tədbirdə layihə rəhbəri, layihənin idarə heyəti, təhsil işçiləri iştirak edib. Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin təhsil işləri üzrə müavini Müşfiq Dadaşov, Bəydili kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, Əməkdar müəllim Aybəniz Əhədova, layihənin eksperti, Cəlilabad rayonu Günəşli kənd Əfilağa Həsənov adına 2 nömrəli tam orta məktəbin direktoru Elçin…

Read More

Layihə çərçivəsində lənkəranlı məktəblilər  beynəlxalq səviyyəli STEAM bacarıqları yarışlarına qoşula bilər

Layihə çərçivəsində lənkəranlı məktəblilər  beynəlxalq səviyyəli STEAM bacarıqları yarışlarına qoşula bilər Lənkəranda “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsinin açılış tədbiri keçirilib. “Regionpress” xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsinin qalibi – Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin texnologiya fənn müəllimi Dünya Veysəlovanın rəhbəri olduğu “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsinin açılış tədbiri yüksək səviyyədə təşkil olunub. Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin akt zalında təşkil olunan tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə…

Read More

Faiq Qürbətov: “Təhsildə keyfiyyət əldə etməkdə birgə əmək vacib şərtdir”

Biləsuvar rayonunda rayon ümumtəhsil müəssilərində təhsilin keyfiyyəti ilə əlaqədar görüş keçirildi. “Regionpress.az” xəbər verir ki,  Biləsuvar rayonunda təhsilinin keyfiyyətinə dair Biləsuvar Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə iştirakı ilə görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, başçının müavini Ləman Yüzbaşova, Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli və məktəb direktorları iştirak etdi. Tədbirdə başcı F. Qürbətov çıxışında bildirdi ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son dövrlərdə təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bu gün ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət…

Read More

Prezident bizi bir-birimizə oxşatdı…

Arayikin həbs fotosunu görəndən cəmi bir neçə saniyə sonra “Amlovas” ömürlük həyatıma daxil oldu. Beynimdəki zoqqultudan gözlərim torlanır. İş yoldaşlarımdan kimsə “bu, təzyiqdir” deyərək ilkin diaqnoz qoyur. Redaksiyada yaşı 40-dan yuxarı kim varsa, hərə əlini cibinə salıb eyni tərkibli, müxtəlif adlı təzyiq dərmanı çıxarır… Hardansa təzyiqölçən tapıb gətirirlər. Ölçürlər: 161-110. – Yuxarıdır, bir stəkan limonlu su.  Adını indi xatırlamadığım daha bir təzyiq dərmanı. – Qoy, iki tablet içsin.  İçirəm. On beş dəqiqə keçir, ölçürlər: 159-107. Düşmür. Emin Səfərov böyürdən israr edir: – Təcili yardım çağıraq. Bir “dibazol” vuracaqlar, sakitləşəcək.  103-ə…

Read More

Şəhid Kənan Rüstəmliyə həsr olunmuş filmin nümayişi oldu

Bakı Slavyan Universitetində (BSU) bu ali təhsil ocağının şəhid məzunu, universitetin Tərcümə fakültəsində təhsil almış, 44 günlük Vətən müharibəsinin iştirakçısı Kənan Rüstəmlinin xatirəsinə həsr olunan sənədli filmin ilk nümayişi olub. Tədbirdə şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları, həmçinin qrup və sinif yoldaşları, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, BSU-nun rektoru Anar Nağıyev, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, universitetin professor-müəllim heyəti və tələbələri iştirak edib. “Regionpress.az” xəbər verir ki, təqdimat öncəsi  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla…

Read More

Yüksək nəticə göstərmiş şagirdlərlə görüş olub

Şirvan-Salyan Regional Təhsil İdarəsi yüksək nəticə göstərən şagirdlərlə görüş keçirib. “Regionpress.az” xəbər verir ki, IV sinif monitorinqində yüksək nəticə göstərmiş istedadlı şagirdlərlə görüşdə regional təhsil idarəsinin müdiri Sənan Mənsimli, bu şagirdlərin valideynləri və məktəblərinin rəhbərləri iştirak edib. Şirvan-Salyan Regional Təhsil İdarəsinə tabe rayonların sektor müdirlərinin də iştirak etdiyi görüş zamanı müəllim və valideynlərin fikir və təklifləri dinlənilib, şagirdlərin istedadlarının sonrakı inkişaf mərhələləri müzakirə olunub. İdarə rəisi  S.Mənsimli çıxışında bildirmişdir ki, ölkə Prezidenti İlham Əliyevin diqqəti sayəsində təhsilimizin daha yüksək inkişaf mərhələsinə çatdırılması üçün yetərli şərait var. Qarşıda duran məqsədə çatmaqda…

Read More