Lənkəran Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsində yeni həkim təyinatı olub.
“Regionpress.az” xəbər verir ki, tanınmış travmatoloq-ortoped həkim Elvin Əsədov region sakinlərinin rahatlığını düşünərək, bundan sonra sözügedən xəsətəxanada çalışacaq.
Silahlı Qüvvələrin ehtiyatda olan zabiti Elvin Əsədov 2005-2009-cu ildə Azərbaycan Tibb Universitetinin, Müalicə Profilaktika fakultəsini, 2009-2011-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakultəsini bitirib. Sonra təhsilini Türkiyədə, tanınmış universitetlərdə davam etdirib.
E. Əsədov Bakı şəhərində tanınmış klinika və xəstəxanalarında çalışıb. Son iş yeri Mərkəzi Neftçilər xəstəxanası olub.
Hörmətli həkimə uğurlar arzu edirik!.