Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Ağayrı kəndində şəhid Fəxrəddin Əliyevin və Cavid Haxverdiyev ailələrini ziyarət edib. Görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları da iştirak edib.
“Regionpress.az” ya istnadan xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov torpaqlarımızın azadlığı uğrunda aparılan Birinci Qarabağ Müharibəsində şəhid olan Əliyev Fəxrəddin Seyfulla oğlunun və Haxverdiyev Cavid Əlifağa oğlunun Ağaydı kəndindəki ata ocaqlarını ziyarət edərək, valideynləri vəyaxınları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
İcra başçısı şəhid ailələri ilə görüşdə bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərindəki şanlı qələbəsi ölkəmizin tarixinə qızıl hərflərlə əbədi olaraq yazıldı.Ərazi bütövlüyümüzün bərpası, doğma torpaqlarımızın düşməndən azad edilməsi uğrunda gedən Birinci və İkinci Qarabağ döyüşlərində canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlarda yaşayacaq və hər zaman minnətdarlıqla anılacaqdır.
Faiq Qürbətov görüş zamanı şəhid ailələrinə biləsuvarlı şəhidlərimizin döyüş yolundan bəhs edən “HÜZURUNDA BAŞ ƏYİRƏM, QƏHRƏMAN-200” adlı kitab təqdim etmişdir.
Şəhid valideynləri, yaxınları göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.