Dənzidə boğulma təhlükəsi ilə üzləşən iki Biləsuvar rayon sakini xilas edilib

Lənkəranda boğulma təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.


“Regionpress.az” “Report”a
 istinadən xəbər verir ki, hər iki şəxs Biləsuvar rayonundandır.

Belə ki, rayonun Sütəmurdov kəndi ərazisində dənizdə iki nəfərin batması ilə bağlı təcili tibbi yardım və FHN-in xilasetmə xidmətinə məlumat verilib.

Xilas edilənlərdən biri 13 yaşlı yeniyetmə Biləsuvar rayon sakinləri: 2010-cu il təvəllüdlü A. Rüstəmova və həmyerlisi 1984-cü il təvəllüdlü R. Hüseynovaya ilkin tibbi yardım göstərilib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan hər iki şəxs reanimasiya şöbəsinə yerləşdiriliblər.

Related posts

Leave a Comment