DSX Ermənistana xəbərdarlıq etdi

Əldə edilmiş məlumata əsasən, Ermənistan tərəfindən 26 iyulda “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkarcasına növbəti təxribat əməli planlaşdırılır. 

Bu barədə “Qafqazinfo”ya Dövlət Sərhədi Xidmətindən bildirilib.

“Ermənistan tərəfini bu kimi təxribat məqsədi daşıyan və vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırırıq.

Bir daha bildiririk ki, mümkün təxribat əməllərinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşəcəkdir” – məlumatda qeyd olunur.

 

Related posts

Leave a Comment