Lənkəranda qızılağacını qanunsuz əldə edənlər saxlanılıb

Lənkəranda qanunsuz yolla əldə edilmiş meşə materialları aşkarlanıb. “Regionpress.az” xəbər verir ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin və ETSN-nin Regional İdarəsinin əməkdaşlarının keçirdiyi birgə tədbirlərlə Lənkəran rayonunun Qurumba kəndi ərazisində E.Əmirova məxsus qanunsuz fəaliyyət göstərən taxta emalı sexinə keçirilən baxış zamanı qanunsuz yolla əldə edilmiş 5,5m³ həcmində qızılağac cinsli işlik meşə materialı aşkarlanıb. Bundan əlavə, rayon ərazisində keçirilən digər tədbirlərlə Ş.Əlizadəyə məxsus “Mercedes” markalı avtomobilin yük yerindən qanunsuz yolla əldə edilmiş 2,5m³ həcmində işlik qızılağac cinsli meşə materialı aşkarlanıb. Aşkarlanan hər iki faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə…

Read More

Vətən müharibəsi günlərində irəli sürülən ideya

 Ötən həftənin şənbə günü, noyabrın 25-də Biləsuvarda keçirilən gözəl bir festivalda qonaq kimi iştirak etdik və xoş, yaddaqalan anlar yaşadıq. Bu festivala qonaq kimi dəvət alarkən, heç bir tərəddüd etmədən müsbət cavab verdik. Yerli istehsalçılar öz əl işlərini festivalda sərgilədilər Çünki bəzi həmkarlarımın da qeyd etdikləri kimi şəhər və rayonlarda keçirilən bu cür mədəni-kütləvi tədbirlərdə iştirak əvvəla saf, təmiz, qonaqpərvər rayon insanları ilə görüşmək, söhbətləşmək imkanı yaradır. Festivalda rayonun hər bir kəndinin təmsilçiləri üçün belə çadırlar qurulmuşdu Digər tərəfdən bir, yaxud iki günlük Bakının tıxaclı, səs-küylü, gərgin iş rejimli həyatından…

Read More

Astarada polis məktəblilərlə görüşüb

Astarada polis məktəblilərlə görüş keçirib. Daxili İşlər Nazirliyinin Polis Akademiyasının və Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Kakalos, Pensər və Şiyəkəran kənd tam orta məktəblərinin IX-XI sinif şagirdləri ilə görüş keçirilib. Çıxış edən Astara RPŞ-nin rəisi, polis polkovniki Azər Cəfərov, Polis Akademiyasının əməkdaşı, polis mayoru Asif Əhmədov, rayon təhsil sektorunun müdiri Vüqar Şahbazov və digər iştirakçılar bildiriblər ki, bu görüşlərin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da gücləndirilməsidir. Cəmiyyətimizin və güclü Azərbaycan dövlətinin işıqlı gələcəyi məhz…

Read More

Biləsuvarda  siqaretə görə 241 nəfər cərimələnib

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tütün məmulatlarından istifadə qaydalarını pozan şəxslərə qarşı profilaktiki tədbir keçirilib. Qadağan olunan yerlərdə tütündən istifadə etdiyinə görə sakinlər inzibati məsuliyyətə cəlb olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Regionpress.az” a verilən məlumata görə, rayon ərazisində yerləşən kafe, restoran və digər iaşə obyektlərində keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətrafa atan şəxslər aşkar olunub. Həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb və qanunvericiliyin tələbləri onlara izah edilib. Cari il ərzində bu istiqamətdə Biləsuvar rayonu ərazisində keçirilən tədbirlər nəticəsində qeyd…

Read More

Cəlilabadlı polislər Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı ağac əkdi

Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ağacəkmə aksiyası keçirilib. DİN Mətbuat xidmətindən “Regionpress.az”a verilən məlumata görə Lənkəran regional qrupundan verilən məlumata görə, rayon ərazisində baş tutan kampaniyada RPŞ-nin rəisi, polis polkovniki Polad Qarayev, polis əməkdaşları və rayonun digər hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər Ərazidə abadlıq və təmizləmə işləri aparıldıqdan sonra polis əməkdaşları ağac tinglərini əkib, onların suvarılmasını təmin ediblər. Ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırıblar. Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcək.

Read More

İstedadlı rəssam Nurəddin Nəzərov  dünyasını dəyişib

Azərbaycan mədəniyyətinə ağır itki üz verib Rəssam, uzun illər Neftçala Tarix-Diyarşünaslıq Muzeyində çalışan Nurəddin Nəzərov bu gün faciəli şəkildə dünyasını dəyişib. Azərbaycan incəsənətinin rəngkarlıq istiqamətində xüsusi yer tutan rəssamlardan biri olan Nurəddin Nəzərov öz fərqli qavrama tərzi, dünyaya özünəməxsus baxışı, maraqlı ifadə üslubu ilə seçilən sənətkarlardan idi. Nurəddin Ənvər oğlu Nəzərov 1958-ci il avqust ayının 30 da Neftçalada dünyaya göz açıb. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra fəaliyyətini doğma rayonunda davam etdirib. Qeyd etmək lazımdır ki, Nurəddin Nəzərov Neftçala rəssamlıq məktəbinin yaradıcısı Adil Hacıyevin şagirdi olub. Azərbaycan Rəssamlar İttifaqının…

Read More

Yardımlıda dərədən silah-sursat tapılıb

Yardımlı Rayon Polis Şöbəsinə rayonun Telavar kəndi ərazisindəki dərədən silah-sursat tapılması barədə məlumat daxil olub. “Regionpress.az”-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə torbanın içərisindən 1 ədəd “AKS-74U” markalı avtomat, həmin silaha aid 5 ədəd daraq, 2 ədəd əl qumbarası, 504 ədəd müxtəlif çaplı patronlar aşkarlanaraq götürülüb. Bundan əlavə, Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində aparılan əməliyyat tədbirləri nəticəsində 5 nəfər rayon sakinindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb. Bu istiqamətdə tədbirlər…

Read More

Cəlilabadda “Vətən uğrunda ölərəm” kitabının təqdimatı olub

Cəlilabad rayon Veteranlar Təşkilatı Vətən müharibəsi şəhidi Əlikram Xanışovun “Vətən uğrunda ölərəm” kitabının təqdimat mərasimini keçirib.   “Regionpress.az” xəbər verir ki, rayon Veteranlar Təşkilatının təşəbbüsü ilə çap olunan kitabın redaktoru və ön sözün müəllifi təşkilatın sədri, yazıçı- publisist Ədalət Salmandır. Cəlilabad şəhər 3 saylı tam orta məktəbin geniş akt zalında təşkil edilmiş tədbirdə şəhid valideynləri, qazilər, Əmək və Müharibə veteranları, ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər. Tədbirdən öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib. Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman Vətən müharibəsi şəhidi Əlikram Xanışovun…

Read More

Biləsuvarda tullantılarının qalaqlanmasına görə kafe sahibi cərimələnib

Biləsuvarda ətrafı məişət tullantıları ilə çirkləndirən iaşə obyektinin sahibi inzibati məsuliyyətə cəlb olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Regionpress.az” a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi və Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə  rayon ərazisində birgə keçirdikləri tədbirlər zamanı Xırmandalı kəndində yerləşən kafenin ətrafında sənaye və məişət tullantılarının qalaqlanması halı aşkar olunub. Aşkarlanmış halla bağlı həmin iaşə obyektinin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf…

Read More

Şəhid Babək Mahmudlunun xatirəsinə həsr olunmuş turnir keçirildi

Vətən müharibəsi şəhidi Babək Mahmudlunun xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə açıq birincilik keçirilib. Astara, Lənkəran, Masallı, Cəlilabad, Salyan, Sabirabad, Bakı (“Arena”), Şirvan, Qusar, Gəncə və Biləsuvar komandalarının ümumilikdə 100-dən artıq  idmançısı turnirdə birinçilik uğurunda gərgin və maraqlı mübarizə aparıb. “Regionpress az” xəbər verir ki, turnirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəis müavini Emin Mustafayev, Azərbaycan Güləş Federasiyasının nümayəndəsi Tural Əliyev,  rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon sakinləri…

Read More