Kanalizasiya nasos stansiyası Biləsuvarda sakinləri çarəsiz duruma salıb – VİDEO

Biləsuvar şəhərinin Səməd Vurğun küçəsində yaşayan bir qism sakin evlərini tərk etmək zorundadır. “Regionpress.az” xəbər verir ki,  Xezerxeber.az-a danışan sakinlər  bunun səbəbini ətrafa yayılan dözülməz üfunətdə görürlər. Sakinlər bildiriblər ki, şəhərin kanalizasiya şəbəkəsinin tərkib hissəsi olan nasos stansiyası işə düşən gündən evlərində rahatlıqları pozulub. İndi nə yemək yeyə, nə də dincələ bilən sakinlər çarəni evlərini tərk etməkdə görürlər. Sakinlər hesab edirlər ki, nasos stansiyası bir neçə kilometr aralıda, sakinlərin daha az məskunlaşdığı yerdə quraşdırılmalı idi. Məsələ ilə bağlı Biləsuvar Su-Kanal İdarəsindən bildirilib ki, sözügedən nasos stansiyası ötürücü rol oynayır: “Orada işlər…

Read More

Evə basqın edib, qadını yaralayan  saxlanıldı

Masallı rayonunda quldurluq edən şəxs saxlanılıb. “Regionpress.az” xəbər verir ki, hadisə Masallı rayonunun  Qızılağac kəndində olub. Sakini olduğu kənddə evlərdən birinə basqın edən İntiqam Axundov ev sahibəsinə kəsici alətlə xəsarət yetirərək pul tələb edib. Ancaq o, məqsədinə nail olmadıqda hadisə yerindən qaçıb. Quldurluq əməlini törətməkdə şübhəli bilinən İ.Axundov Masallı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. O, narkotiklə əlaqəli cinayətə və oğurluğa görə məhkumluq yaşayıb. Faktla bağlı araşdırma davam etdirilir.

Read More

“Biləsuvar”- “Ərkivan” komandaları qarşılaşdı

Biləsuvarlı gənclərin futbol komandası  Respublika birinciliyinə hazırlıq mərhələsində növbəti yoldaşlıq görüşünün qalibi olub. “Regionpress.az” xəbər verir ki,  “Biləsuvar” futbol komandası öz meydanında Masallının “Ərkivan” komandası ilə qarşılışıb. Maraqlı baş tutan yoldaşlıq görüşündə biləsuvarlı gənclər 2:0 xal hesabı ilə qalib olub. Qeyd edək ki, “Biləsuvar” komandası bundan qabaqkı oyunda  Sabirabad futbolçularına  1:0 hesabı ilə qalib gəlmişdi. Uğurlar, ” Biləsuvar”!

Read More

“Xəlil həkimin şəfalı əlləri sayəsində gözüm nuruna qovuşdu”

Şəhid Vurğun Rzayevin anası Mənsumə xanımın gözü cərrah-oftalmoloq Xəlil (Hüseynov) həkim tərəfindən əməliyyat olunub. “Regionpress.az” xəbər verir ki, oftalmoloq-həkimin çətin əməliyyatın öhdəsindən yüksək dəqiqliklə gəlməsi şəhid anasının uzun müddətdən bəri davam edən narahatçılığına son qoyulub. Mənsumə Əliyeva deyir ki, dövlətimizin qayğısı Xəlil həkimin şəfalı əlləri sayəsində gözüm nuruna qovuşdu: “Müxtəlif yerlərdə gözümü müayinə edən həkimlər əməliyyatın riskli olmasından ehtiyat edirdilər.Övladlarım məni Xəlil həkimin yanına apardılar. O, gözümü müayinə edərək, təcili əməliyyata ehtiyac olmasına qərar verdi. Bu zaman şəhid anası olmağımı xəbər tutanda, kassaya etdiyimiz ödənişin geri qaytarılmasını göstəriş verdi. Sağ olsun,…

Read More

Narkotikin təsiri altında maşın sürən qəza törətdi

Masallıda yol qəzası baş verib. “Regionpress.az” xəbər verir ki, hadisə Masallı şəhərində qeydə alınıb. Belə ki, rayon sakini Elvin Məmmədov idarə etdiyi “Kia” markalı avtomobillə  Masallı şəhərində yol qəzası törədib. Həmin sürücü müvafiq tibbi müayinədən keçirildikdən sonra onun narkotik vasitədən istifadə etdiyi məlum olub. E.Məmmədov  məhkəmənin qərarı ilə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla bir ay müddətinə inzibati qaydada həbs olunub.

Read More

Biləsuvarda məktəbli qız kələm şorabasından zəhərlənib öldü

Biləsuvar rayonunda qida zəhərlənməsi ölümə səbəb olub. “Regionpress.az” xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib. Belə ki, 2015-ci il təvəllüdlü Məmmədli Tellixanım Anar qızı ağır vəziyyətdə, zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.   Göstərilən bütün həkim yardımlarına baxmayaraq onu həyatda saxlamaq mümkün olmayıb. Uşağın ölümünə ev şəraitində hazırlanan kələm şorabasının yaratdığı zəhərlənmənin səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Surxay Şahbazov

Read More

Cəlilabad polisi “Kalaşnikov” avtomatı, 5 ədəd tüfəng aşkarlayıb

Profilaktik və əməliyyat tədbirləri nəticəsində Cəlilabadd rayonunda 1 ədəd “Kalaşnikov” avtomatı, 5 ədəd tüfəng aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Regionpress.az” a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi ilə bağlı aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər rayon sakini qanunsuz olaraq saxladığı “AK-47” markalı avtomat silahını, həmin silaha aid 1 ədəd darağı və 21 ədəd patronu polis şöbəsinə təhvil verib. Bundan əlavə, şöbə əməkdaşlarının rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 5 nəfər rayon sakininindən…

Read More

Sünnət olunan şəhid övladlarına toy çalındı

Şəhid Tehran Cəfərovun  övladlarına kiçik toy məçlisi təşkil olunub. “Regionpress.az” xəbər verir ki, şəhidimizin azyaşlı övladları Nadir və  Sənur sünnət olunması münasibətilə onlara Biləsuvar rayonunda toy çalınıb. Qeyd edək ki,  Cəfərov Tehran Nadir oğlu 1992-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub.  Silahlı Qüvvələrimizdə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu ximət göstərib. Vətən müharibəsində Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Döyüşlərdə rəşadətlərinə görə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib. Şəhidimizin 10 yaşlı qızı…

Read More

Biləsuvar rayonunda 8 Noyabr-Zəfər Gününə həsr olunmuş bayram şənliyi

Biləsuvar rayonunda 8 Noyabr-Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirildi. “Regionpress.az” xəbər verir ki, bayram tədbirində Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, kollektivləri, şəhid ailələri, qazilərimiz və rayon sakinləri iştirak edib. Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsilə başlayıb. Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov çıxış edərək Zəfər bayramı münasibətilə rayon sakinlərini təbrik etdi və onlara xoş arzularını çatdırdı. Başcı F.Qürbətov qeyd …

Read More

Zəfər Bayramı Sumqayıt Dövlət Universitetində qeyd edildi

Sumqayıt Dövlət Universitetində Zəfər Gününə həsr olunmuş tədbir keçirildi. “Bilesuvarinfo” SDU Mətbuat xidmətinə istinadən xəbər verir ki,tədbirdə Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının 1-ci müavini Teymur Səmədov, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin rəisi Natiq Qarayev, Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər İdarəsinin rəis müavini Səbuhi Əliyev, Sumqayıt şəhər prokuror köməkçisi İmran Əhmədov, Sumqayıt hərbi prokuroru Raul Şahverdiyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Abşeron-Xızı Regional Gənclər və İdman idarəsinin rəisi Fuad Babayev,…

Read More