Biləsuvar Polisi antinarkotik təbliğatı çərçivəsində məktəblilərlə görüşür

Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə antinarkotik təbliğatı çərçivəsində növbəti tədbir Zəhmətabad kənd tam orta məktəbində təşkil olunub.


“Regionpress.az”
xəbər verir ki, görüşdə Biləsuvar RPŞ-nin rəisi, polis polkovniki Nəsib Məmmədov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun müdiri və digər qonaqlar iştirak edib.

Narkomaniya ümumbəşəri bəladır!” devizi altında keçirilən tədbirdə çıxış edən Biləsuvar RPŞ-nin rəisi, polis polkovniki N. Məmmədov narkomaniyanın yayılması gələcək nəslin sağlam həyat tərzi üçün böyük təhlükə törətməsindən söz açıb. Bildirib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir: “Bu gün ölkəmizdə sağlam gəncliyin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında qarşıda duran ən başlıca vəzifələrdən biri narkomaniyanın qarşısının alınması və narkotiklərlə mübarizədir. Problemin həllində preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır. Yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə tam nail olsaq, onların zərərli vərdişlərdən uzaq durmasına daha çox nail olarıq.”

Sonra məktəblilərin müzakirə olunan mövzu ətrafında sualları cavablanıdırılıb.


Related posts

Leave a Comment