Cəlilabad rayonunda mənzildə yanğın baş verib.
“Regionpress.az” xəbər verir ki, hadisə rayonun Buravar kəndində qeydə alınıb.
Yanğını söndürən zaman evdə yaşayan 1991-ci il təvəllüdlü Tacəddin Cəfərov və qardaşı 1993-cü il təvəllüdlü Saməddin Cəfərov yanığ xəsarəti alıb.
Boyunları, əlləri və aşağı ətrafları yanan qardaşlar rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.