Dünyada bir çox təşkilatlanmalar gücə çevrilmək və böyük insan kütləsinə təsir etmək üçün müxtəlif üsullardan istifadə edir. Güc olmaq insanyönümlü, faydalılığa xidmət edirsə bu kökündən mütləq dəyərli olacaq. Axı, müxtəlif ideologiyalar əvvəlcə müəyyən dəyər formalaşdıraraq böyüyür. Bir çox ölkələrin təhsil islahatlarının uğuru dövlətin birbaşa düzgün islahatları sayəsində baş tutub. Amma islahat təkcə hər hansı bir proqramı həyata keçirtmək demək deyil, bu proqramların uğuru uğurlu kadr seçimi, kadrların səmimi fədakarlığı ilə uzlaşmalıdır. Təhsil işi səmimi fədakarlıq tələb edir, sən hər hansı təklifi edəndə şagird olmalısan, özünü müəllim kimi hiss etməlisən, ölkənin…
Read MoreCategory: Bütün xəbərlər
Sosial xidmətlər Agentliyi cəlilabadlı uşaqları sevindirdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Cəlilabadda Yeni il şənliyi təşkil olunub. “Regionpress.az” xəbər verir ki, ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirə bu rayondan 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər dəvət olunub. Tədbirdə çıxış edən sözügedən agentliyin Lənkəran-Astara regional filialının müdir müavini İlqar Əliyev uşaqlara yeni il təbriklərini çatdıraraq, onlara uğurlar arzulayıb. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində xalqımızın tarixi uğurlarından söz açıb. Ziyafət süfrəsi arxasında əyləşən uşaqlara əyləncəli şou-proqramlar və hədiyyələr təqdim olunub.
Read MorePolis mayoru Saroğlan Vahabov haqq dünyasına qovuşub
Təqaüddə olan polis mayoru Saroğlan Vahabov vəfat edib. “Regionıress.az” xəbər verir ki, Saroğlan Bafı oğlu Vahabov 25 sentyabr 1948-ci ildə Lerik rayon Çökərə kəndində anadan olub. O, 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) hüquqşünaslıq fakültəsini bitirib.1977-ci ildə Biləsuvar Rayon Polis Şöbəsində ( keçmiş Puşkin rayon milisi ) sahə müvəkkili kimi xidmətə başlayıb. Sonra həmin şöbədə cinayət axtarış üzrə əməliyyatçısı, şöbənin istintaq qrupunun müstəntiqi və istintaq qrupunun baş müstəntiqi vəzifələrinədək yüksəlib. 2006-cı ildə yaşa görə təqaüdə çıxan S. Vahabovun 30 illik fəaliyyətində cinyətkarlığa qarşı səmərəli və gərgin xidmətləri olub. Birinci Qarabağ müharibəsi veteranıdır. Xidmətdə olduğu…
Read MoreLənkəranda qızılcadan ölüm olub
Lənkəranda qızılca xəstəliyindən 3 yaşlı uşaq ölüb. “Regionpress.az” xəbər verir ki, rayonun Şirinsu qəsəbəsində 3 yaşlı Uğur Elvin oğlu Abızadədə bir həftə öncə yüksək hərarətdən sonra ev şəraitində müalicə olunub. Ötən gün uşağın yenidən hərarəti yüksəlib və çağırılan təcili tibbi yardım briqadası uşağın xəstəxanaya aparılmasına çalışsa da, valideinləri buna etiraz edib. Təcili yardım briqadası gedəndən sonra halı yenidən ağırlaşan uşaq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər uşağa yardım göstərsə də onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, ailənin digər övladı 2019 – cu il təvəllüdlü Yunus Elvin oğlu…
Read MoreLerikdə qaz balonunun partlaması iki nəfərə ağır xəsarətlə nəticələndi
Lerikdə bədbəxt hadisə bir ailənin iki üzvünün ağır xəsarət almasına səbəb olub. “Regionpress.az” xəbər verir ki, hadisə rayonun Noda kəndində bu gün olub. Belə ki, evdə maye qaz balonu partlayıb. Partlayış nəticəsində rayonunun Noda kənd sakinləri 1969 – cu il təvəllüdlü Asif Əliabbas oğlu Məmmədov və onun həyat yoldaşı 1970 – ci il təvəllüdlü İlhamə Mürsəl qızı Məmmədova ağır bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İ.Məmmədovanın vəziyyəti daha ağırdır və o dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Read MoreCəlilabadda “Niva” 48 yaşlı qadını vurub öldürdü
Cəlilabad rayonunda yol qəzası olub. “Regionpress.az” xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində olub. Belə ki, “Niva” markalı minik avtomobili ilə rayon sakini, 1975-ci il təvəllüdlü Lalə Rüstəmova Fitətxan qızı vurulub. Ağır xəsarət alan piyada rayon xəstıxanasında ölüb. Faktla bağlı araşdırma aparılır.
Read MoreBiləsuvarda “SƏBA” şirkətinin avtomobili qəzaya düşüb, ölən var
Ələt-Astara magistralında ağır yol qəzası baş verib. “Regionpress.az” xəbər verir ki, magistralın Biləsuvar rayonundan keçən hissəsində yük avtomobili qarşıda dayanan yük avtomobilinə çırpılıb. Qəzada Lənkəran rayonunun Liman şəhər sakini 1995-ci il təvəllüdlü Vüqar Heyrət oğlu Əsgərli ölüb. Həmin nəqliyyat vasitəsinin sürücüsü Lənkəran rayonunun Hirkan qəsəbə sakini 1965-ci il təvəllüdlü Tofiq Abbas oğlu Salahlı baş nahiyəsindən xəsarət alaraq Biləsuvar Rayon Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, onların qəzaya düşdüyü nəqliyyat vasitəsi “SƏBA” şirkətinə məxsusdur. Toyuq ətinin satışını həyata keçirirlərmiş. Faktla bağlı araşdırma davam etdirilir.
Read MoreMüəllimlər şagirdlərinin olimpiadalarada uğurları və sertifikatlaşdırmada yüksək nəticələrinə görə mükafatlandırıldı
Şirvan-Salyan Regional Təhsil İdarəsində Respublika Fənn Olimpiadalarında uğur qazanmış şagirdlərin müəllimləri və təhsilverənlərin sertifikatlaşdırmasında yüksək bal toplamış müəllimlərlə görüş olub. “Regionpress.az” xəbər verir ki, görüşdə idarə rəisi Sənan Mənsimli təhsilə göstərilən dövlət qayğısından söz açarkən bildirmişdir ki, bütün bununla əsas məqsəd təhsilimizin dünya təhsilinə yaxından inteqrasiyasıdır. Görüşdə çıxış edən müəllimlər dəvətə və onların əməyinə verilən qiymətə görə təhsil idarəsinin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd etmişlər ki, onların əməyinin bu formada rəğbətləndirilməsi gələcəkdə də yeni uğurların əldə edilməsi üçün böyük bir motivasiya verir. Görüşün sonunda sözügedən istiqamətlərdə əldə etdikləri mühüm uğurlarına görə…
Read MoreToyuq kəsim sexində nöqsanlar aşkarlanıb
Toyuq kəsim sexində nöqsanlar aşkarlanıb. Masallıda toyuq kəsim sexində baytarlıq, sanitar – gigiyenik tələblərin əməl olunmaması aşkarlanıb. AQTA – nin Lənkəran – Astara bölməsinin böyük məsləhətçisi Tamerlan Məmmədov APA – nın cənub bürosuna verdiyi məlumatda bildirib ki, 1003 çağrı mərkəzinə daxil olan şikayət əsasında Masallı rayon sakini fiziki şəxs Feyziyev Mirramil Mirhüseyn oğluna məxsus toyuq kəsim sexinə baxış keçirilmişdir. Baxış zamanı sexdə qida təhlükəsizliyi baxımından texniki normativ hüquqi aktlarının tələblərinə əməl olunmadığı aşkarlanmışdır və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Kəsilmiş toyuq məhsullarından nümunə götürülərək müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi institunun müvafiq…
Read MoreAzərbaycanda 3 xüsusi təyinatlı hərbi kollec yaradılır – FƏRMAN
Prezident İlham Əliyev “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. “Regionpress.az” xəbər verir ki, Fərmanla Azərbaycan Nazirlər Kabineti peşəkar gizir heyətinin hazırlanması məqsədilə Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kolleci (bundan sonra – hərbi kollec) üç ay müddətində yaradacaq və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək. Fərmana əsasən, 2024–2025-ci tədris ilindən başlayaraq təhsil almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki ali təhsil…
Read More