Prezident bizi bir-birimizə oxşatdı…

Arayikin həbs fotosunu görəndən cəmi bir neçə saniyə sonra “Amlovas” ömürlük həyatıma daxil oldu. Beynimdəki zoqqultudan gözlərim torlanır. İş yoldaşlarımdan kimsə “bu, təzyiqdir” deyərək ilkin diaqnoz qoyur. Redaksiyada yaşı 40-dan yuxarı kim varsa, hərə əlini cibinə salıb eyni tərkibli, müxtəlif adlı təzyiq dərmanı çıxarır… Hardansa təzyiqölçən tapıb gətirirlər. Ölçürlər: 161-110. – Yuxarıdır, bir stəkan limonlu su.  Adını indi xatırlamadığım daha bir təzyiq dərmanı. – Qoy, iki tablet içsin.  İçirəm. On beş dəqiqə keçir, ölçürlər: 159-107. Düşmür. Emin Səfərov böyürdən israr edir: – Təcili yardım çağıraq. Bir “dibazol” vuracaqlar, sakitləşəcək.  103-ə…

Read More

Məktəblərdə vakant  vəzifələrə iddialı olanlar test imtahanı verdi

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində vakant olan vəzifələrə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib. “Regionpress.az” xəbər verir ki, bu gün keçirilən test imtahanında 300-dən çox namizəd iştirak edib, onlar 80 dəqiqə ərzində təqdim olunan sualları cavablandırıb. Qeyd edək ki, sözügedən təhsil idarəsi üzrə məktəblərdə vakant olan  vəzifələr: uşaq birliyinin rəhbəri, təsərrüfat müdiri, təsərrüfat işləri üzrə direktor müavini, psixoloq, direktor müavini, kitabxana müdiri, kitabxanaçı və laborantdır. İmtahada iştirak edən namizədlərə imtahan nəticəsi barədə məlumatlar SMS vasitəsilə bildiriləcək.

Read More

Dərdlərə şəfa olan – KEÇİBUYNUZ

  Keçibuynuzunun yetişmiş meyvələrinin toxumları uzun müddət içərisinə su keçirmədiyindən ağırlığını dəyişməyən nadir toxumlardır.   Toxumlarının eyni forma və çəkidə olması onun lap qədim zamanlardan qiymətli daşları və metalları çəkmək üçün kiçik ölçülü çəki daşı əvəzi istifadə edilməsinə səbəb olub. O vaxtdan indiyə qədər qiymətli daşların və metalların ölçülməsində istifadə edilən çəki vahidi karat – 0,189 qram 1 ədəd keçibuynuzu toxumunun ağırlığına bərabərdir. Ərəblər çəki vahidi dirhəmi (3 qram) ölçmək üçün 16 ədəd keçibuynuzu toxumundan istifadə edilirdi. Keçibuynuzu ağacının qərtanının əsrlər boyu torpağın dərin qatlarında qalmasından zərgərlikdə və tibdə istifadə…

Read More

İşlədiyi fermada özünü asdı

Biləsuvarda intihar hadisəsi baş verib. “Regionpress.az” xəbər verir ki; hadisə rayonun  Bəydili kəndi ərazisində yerləşən fermada olub. Belə ki, fermada çobanlıq edən, Salyan rayon sakini 1991-ci il təvəllüdlü Rövşən Əlifağa oğlu Salmanov özünü asaraq intihar edib. Faktla bağlı araşdırma aparılır.

Read More

Lerikdə mağazadan oğurluq edən qardaşlar saxlanıldı

Lerikdə mağazadan və içərisindəki ödəmə terminalından oğurluq edən qardaşlar saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA – nın Cənub bürosuna verilən məlumata görə, Lerik rayonunun Noda kəndi ərazisində yerləşən mağazadan 160 manat pulun, 1244 manat dəyərində tütün məmulatlarının, orada quraşdırılmış ödəmə terminalının sındırılaraq içərisindən 2880 manat pulun oğurlanması, bundan əlavə mağazanın müşahidə kameralarının yaddaş qurğusunun sındırılması ilə bağlı polisə məlumat daxil olub. DİN-in Baş Cinayət Axtarış İdarəsi və Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların…

Read More

“Əkinçinin dostu” Tədris, Araşdırma və Təcrübə Mərkəzi ilk dəfə Biləsuvarda

Bir müddət öncə ölkədə fəaliyyətə başlayan “Əkinçinin dostu” Tədris, Araşdırma və   Təcrübə Mərkəzi Türkiyənin “EMA” şirkəti tərəfindən ( şirkət bu ölkədə pestisid sənayesinin lideri “HEKTAŞ”la sıx əməkdaşlıq edir) təməli qoyulub. Azərbaycanda bu cür mərkəzlərin ilk dəfə yaradılması ilə   fermerlərin özlərini inkişaf etdirməsi və ölkə iqtisadiyyatına mühüm  töhfələr  verməsi üçün səylərini sürətləndirməyi hədəfləyir. Sözügedən mərkəz Biləsuvar rayonunda yaradılıb. Biləsuvar DAİM – in yaxınlığında 2 hektar ərazidə, hər bir şəraitlə fəaliyyətini məqsədəmüvafiq şəkildə genişləndirməkdə olan “Əkinçinin dostu”nun hədəfi müasir innovativ yeniliklərin tədbiqi ilə fermer təsərrüfatlarında səmərəliliyə nail olmaqdı. Mərkəzin rəhbəri Mikayıl Soltanov “Regionpress.az” a görülən işlər haqqında danışarkən aşağdakıları qeyd…

Read More

Salyanda “Gənc şahinlər” hərbi-vətənpərvərlik klubu” layihəsinin açılışı oldu

Salyan rayonunda “Gənc şahinlər” hərbi-vətənpərvərlik klubu” layihəsinin təqdimatı olub.  “Regionpress.az” xəbər verir ki, layihənin açılış mərasimində layihə rəhbəri Firudin Tahirov, məktəb direktorları, şagird və valideynlər, məktəb müəllimləri iştirak edib. Layihə rəhbəri qeyd edib ki, layihənin əsas məqsədi Salyan rayonunda sistemli olaraq fəaliyyət göstərəcək ““Gənc şahinlər” hərbi-vətənpərvərlik klubu”nun yaradılması ilə mütəmadi olaraq vətənpərvərliyi təbliğ edən müsabiqələrin, yarışların, hərbi düşərgələrin təşkil edilməsi ilə yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərini daha da inkişaf etdirməkdən və onlara ilkin hərbi nizam-intizam anlayışlarını aşılamaqdan  ibarətdir. Layihə çərçivəsində Salyan rayonunda “RESURS” Gənclərin İnkişafı İctimai  Birliyinin nəzdində daimi və sistemli…

Read More

Qədir -Xum bayramı münasibətilə Biləsuvarda ehsan süfrəsi təşkil edilib

Qədir – Xum münasibətilə Biləsuvar rayonunda şəhid ailə üzvlərinin və dini ayinlərin icraçılarının iştirakı ilə görüş keçirilib. “Bİlesuvarinfo” xəbər verir ki, görüş Biləsuvar şəhər Cümə Məscidində məscidin imamı Hacı Əlifağa Murtuzovun təşəbbüsü ilə keçirilib. Rayonun çoxsaylı şəhid ailə üzvlərinin və dini ayinlərin icraçılarının iştirak ilə məsciddə camaat namazı qılınıb, bol- bol dualar edilib. Daha sonra ehsan süfrəsi verilib. Məscidin imamı Hacı Əlifağa Murtuzov qeyd edib ki, bu gün Qədir-Xum bayramıdır: “Vilayət, yəni özünəqayıdış bayramı. Qəlblərə qəlb dilində səslənən, qəlbləri fəth edən övliyaların bayramı. Allah bu bayramı hamımıza mübarək etsin və vilayətə…

Read More

Balinadan 500 min dollarlıq “miras” – FOTO

Kanar adalarının La Palma bölgəsindəki Nogales çimərliyi sahilində ötən aylarda balina cəsədi tapılıb. Ölü balina bağırsaqlarında gizlənmiş qiymətli xəzinənin aşkarlanmasından sonra alimlər heyrətə gəlib. Balinanın bağırsaqlarında 9,5 kiloqram ağırlığında, 500 min dollar dəyərində ənbər aşkarlanıb. Las Palmas de Gran Canaria Universitetinin mütəxəssislərinin fikrincə, balina təxminən 20 kiloluq ənbər kimi tanınan maddənin heyvanın qalın bağırsağında xroniki obstruktiv iltihaba səbəb olmasından sonra ölüb. Nadir hallarda rastlanır Belə yırtıcı balinalarının yüzdə birindən azının ənbər ifraz edə biləcəyi təxmin edilir. Balina qusması kimi tanınan bu maddə olduqca nadirdir və hətta bir qramı minlərlə dollara…

Read More

“Daha güclü zəlzələnin olma ehtimalı yoxdur” – Qurban Yetirmişli

“Afterşoklar davam edəcək. Lakin daha güclü zəlzələnin olma ehtimalı yoxdur”. “Regionpress.az” xəbər verir ki,  Sputnik Azərbaycan-a bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib. O bildirib ki, 5.7 bal gücündə olan zəlzələ afterşoklarla davam edəcək.

Read More