Profilaktik və əməliyyat tədbirləri nəticəsində Cəlilabadd rayonunda 1 ədəd “Kalaşnikov” avtomatı, 5 ədəd tüfəng aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Regionpress.az” a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi ilə bağlı aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər rayon sakini qanunsuz olaraq saxladığı “AK-47” markalı avtomat silahını, həmin silaha aid 1 ədəd darağı və 21 ədəd patronu polis şöbəsinə təhvil verib. Bundan əlavə, şöbə əməkdaşlarının rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 5 nəfər rayon sakininindən…
Read MoreCategory: Hadisə
Lənkəranda mal-qara oğurlayan keçmiş məhbuslar silahla yaxalandı
Lənkəranda mal-qara oğuruları tutulub. “Regionpress.az” xəbər verir ki, rayonun Kərgəlan, Şağlakücə, Haftoni və Ləj kəndlərinin ərazisindəki örüş sahələrindən müxtəlif vaxtlarda ümumilikdə 17 nəfərə məxsus mal-qaranı oğurlayan şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumatda, Lənkəran polisi tərəfindən saxlanılanların əlilabadlı keçmiş məhkumlar olduğu müəyyən edilib. Saxlanıların birindən tapança aşkarlanıb. Qeyd edək ki, saxlanın Cəlilabad rayon sakinləri, əvvəllər külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi, qanunsuz silah saxlama, gəzdirmə maddələri ilə məhkum olunmuş Anar Sarxanov və Ramil Əliyev cəzaçəkmə müəssisəsində birlikdə cəza cəkib. R. Əliyevin üzərindən “Makarov” tipli tapança aşkarlanaraq götürülüb.…
Read MoreQəzada 43 yaşlı qadın ağır xəsarət aldı
Biləsuvarda ağır yol-nəqliyyatı qəzası baş verib. “Regionpress. az” xəbər verir ki, hadisə Biləsuvar şəhərində, bazara yaxın ərazidə baş verib. Belə ki, “BMW” markalı minik avtomobili ilə “Kamaz” markalı yük avtomobili toqquşub. Qəzada minik avtomobilinin sərnişini, Cəlilabad rayonun Təzəkənd kəndinin sakini, 1980 -cı il təvəllüdlü Bayramova Gülər Qulam qızı aldığı ciddi xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma gedir.
Read MoreSanitar-gigiyena qaydalarının pozulmasına görə vəzifəli şəxslər cərimələndi
Astarada sanitar-gigiyena qaydalarının pozulmasına görə 4 vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunub. “Regionpress.az” xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Astarada tədbirlər həyata keçirib. Tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, təbii su hövzələrinə çirkab suların axıdılması, su obyektlərinin mühafizəsi qaydalarının pozulması, yerin təkindən istifadə edərək qanunsuz qum və torpaq daşınması faktları aşkar olunub. Aşkarlanan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və…
Read MoreYolu keçmək istəyən həmkəndlisini maşınla vurub öldürdü
Biləsuvarda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası olub. “Regionpress.az”xəbər verir ki, hadisə Biləsuvar – Bəhrəmtəpə yolunun Çaylı kəndindən keçən hissəsində baş verib. Belə ki, rayonun Çaylı kənd sakini, Fətullayev Ziyafəddin Fikrəd oğlu idarə etdiyi “Ford” markalı yük aftomobili ilə hərəkətdə olarkən həmkəndlisi, 1969 – cı il təvəllüdlü Sultanova Səlimə Mirmahmud qızını vurub. Qəzada ağır xəsarət alan S.Sultanova hadisə yerində vəfat edib. Qeyd edək ki, hadisə avtobusdan düşən piyada yolu keçmək istəyərkən baş verib.
Read MoreAta və oğlu ağır qəzada xəsarət aldı – Yenilənib
Biləsuvarda yol-nəqliyyatı hadisəsi baş verib. “Regionpress. az” xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda baş verib. Belə ki, Biləsuvar rayonunun Nəsimikənd kəndində, həmin rayonun İsmətli kənd sakini Kənan Cəbrayılov idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə motosiklet toqquşub. Qəzada motosikletin sürücüsü-rayonun Nərimankənd kəndinin sakini Quluyev Sərxoş Balaqardaş oğlu (1969) ağır xəsarətlərlə Biləsuvar RMX – na çatdırılıb. Sərnişini, oğlu Quluzadə Rəsul (2007) yüngül bədən xəsarətləri alıb. Qeyd edək ki, qəzada xəsarət alan olan ata və oğlu təsərrüfat işləri ilə məşğuldurlar. Bazara heyvan satmağa gedirmişlər. Faktla bağlı Biləsuvar RPŞ – də araşdırma…
Read MoreTələbə dənizdə batdı – Foto
Dəniz daha bir can alıb. “Regionpress.az” xəbər verir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin 4-ci kurs tələbəsi Dəyanət Muradlı dünən Bakıda dənizdə boğularaq ölüb. Qrup yoldaşlarının bildirdiyinə görə, adının təqaüdə düşən tələbələr arasında düşməsini eşidəndə o, demişmiş: “Sağ qalsam, mən də təqaüd görərərəm.” Qeyd edək ki, tələbə Cəlilabadın Adınalı kəndindəndir
Read MoreDənzidə boğulma təhlükəsi ilə üzləşən iki Biləsuvar rayon sakini xilas edilib
Lənkəranda boğulma təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib. “Regionpress.az” “Report”a istinadən xəbər verir ki, hər iki şəxs Biləsuvar rayonundandır. Belə ki, rayonun Sütəmurdov kəndi ərazisində dənizdə iki nəfərin batması ilə bağlı təcili tibbi yardım və FHN-in xilasetmə xidmətinə məlumat verilib. Xilas edilənlərdən biri 13 yaşlı yeniyetmə Biləsuvar rayon sakinləri: 2010-cu il təvəllüdlü A. Rüstəmova və həmyerlisi 1984-cü il təvəllüdlü R. Hüseynovaya ilkin tibbi yardım göstərilib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan hər iki şəxs reanimasiya şöbəsinə yerləşdiriliblər.
Read MoreLənkəranda günəş enerjisi ilə işləyən suqızdırıcı kollektor hazırlanıb
Lənkəranda günəş enerjisi ilə işləyən suqızdırıcı kollektor hazırlanıb. “Regionpress.az” AZƏRTAC-a istinadən xəbər verir ki, Lənkəran Peşə Liseyinin çilingər-santexnik qrupunun hazırladığı kollektorun təkmilləşmiş forması sınaqdan keçirilib. Bu kollektor günəş enerjisi vasitəsilə çöl şəraitində, 8 selsi dərəcə havada 30 litrə yaxın soyuq suyu 49 selsi dərəcəyə kimi qızdıra bilib. Liseyin çilingər-santexnik qrupunun ustası İdris Əmirov bu haqda danışarkən bildirmişdir ki, biz tələbələrimizlə birlikdə günəş paneli hazırlamışıq: “Bu panellər vasitəsilə heç bir enerji sərf olunmadan, yalnız günəş enerjisi ilə soyuq suyu 60-70 dərəcəyə kimi qızdıra bilirik. Hazırladığımız bu panel mini formadadır. Günəş enerjisinin…
Read MoreBiləsuvarda ağır yol qəzası baş verib, ölən və yaralılar var
Biləsuvarda bir ailənin altı üzvü qəzaya düşüb, ölən və yaralılar var. “Regionpress.az” xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb. Belə ki, Ağcabədi rayon sakini, Nazim Abbasov idarə etdiyi minik avtomobilini qəfildən yolun kənarına aşırıb. Hadisə nəticəsində avtomobildə olan sürücünün ailə üzvləri – 1975-ci il təvəllüdlü Aynur Abbasova, 1997-ci il təvəllüdlü Ayşən Əbdülhəsənli, 1993-cü il təvəllüdlü Şəhriyar Əbdülhəsənli, 2017-ci il təvəllüdlü Ə.Əbdülhəsənli və 2021-ci il təvəllüdlü T. Əbdülhəsənli müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Sürücü N.Abbasov dünyasını dəyişib. İlkin məlumata görə, sürücü hadisədən əvvəl…
Read More