Bərdə rayon sakini Biləsuvarda avtomat silahı ilə saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Regionpress.az”a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah gəzdirməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Daşqın Əzizov saxlanılıb. Ona məxsus idman çantasından 1 ədəd “AKS-74” markalı avtomat silahı aşkarlanaraq götürülüb. Faktla bağlı Biləsuvar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə D.Əzizov barəsində həbs qətimkan tədbiri seçilib.
Read MoreCategory: Kriminal
Salyan sakinləri Cəlilabadda narkotiklə saxlanıldı
Salyan rayon sakinləri Cəlilabadda narkotik vasitə ilə saxlanılıblar. “Regionpress.az” – a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakinləri, əvvəllər məhkum olunmuş Ə.Dadaşov, qardaşı E.Dadaşov və H.Tağıyev sonuncunun idarə etdiyi “AzSamand” markalı avtomobildə saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan 300 qram marixuana və əlavə olaraq metadon həbi aşkarlanaraq götürülüb. Fakt bağlı araşdırma aparılır.
Read MoreSürücü digər sürücü tərəfindən döyüldü
Cəlilabadda sürücü döyülərək xəsarət alıb. “Regionpress.az” xəbər verir ki, hadisə rayonun Novruzallı kəndi ərazisində baş verib. Belə ki, Cəlilabad rayonunun Adnalı kənd sakini Azad Beytulla oğlu Nuriyevin sözlərinə görə, o idarə etdiyi yük maşınını mağazadan su almaq məqsədilə yol kənarında saxlayayıb: “Bu zaman arxadan gələn traktoru idarə edən sürücü idarəetməni itirib və yolun kənarına çıxıb. Sərxoş traktor sürücüsü mənə yaxınlaşaraq, qəfildəm vurub alın nahiyyəmə ciddi xəsarət yetirib, hadisə yerindən qaçır.” Qeyd edək ki, A.Nuriyev hadisə ilə bağlı polisə müraciət edib. Faktla bağlı araşdırma aparılır.
Read MoreBakıda modeli döyməkdə şübhəli bilinən şəxs həbs edilib
Bakıda modeli döyməkdə şübhəli bilinən şəxs həbs edilib. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, vətəndaş Razi (Raziyyat) Əliyevanın tanışı Ziya Hüseynzadə tərəfindən fiziki zorakılığa və digər qanunazidd hərəkətlərə məruz qalması barədə məlumatlar polis tərəfindən araşdırılıb. Araşdırmalarla Z.Hüseynzadə mayın 26-da R.Əliyevanın Qaradağ rayonu Lökbatan qəsəbəsində anasına məxsus mənzilinə hücum edərək nalayiq ifadələr səsləndirib zor tətbiq etməklə giriş qapısını zədələyərək ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətləri törətməsi məlum olub. Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanılıb, Z.Hüseynzadənin cinayət…
Read MoreTest başlıq
Maddə 339. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulması 339.1. Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyatvasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin…
Read More