Şirvan – Salyan Regional Təhsil İdarəsi 22 İyul – Milli Mətbuat Günü münasibətilə jurnalislərlə görüş keçirib. “Regionpress.az” xəbər verir ki, dəyirmi masa arxasında keçirilən görüşdə Şirvan- Salyan Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Allahverdiyev, Maliyyə və İqtisadiyyat sektorunun müdiri Rəvan Baxışov, idarənin əməkdaşları və bölgədə fəaliyyət göstərən media nümayəndələri iştirak edib. Görüşdə medianın təhsil sahəsinə xüsusi diqqətlə yanaşdığı, bu sahədə görülən işlərin ictimaiyyətə çatdırılmasında jurnalistlərin böyük əməyi olduğu vurğulanıb, onlara verdikləri dəstəyə görə təşəkkür ifadə edilib. İdarəsinin müdir müavini media nümayəndələrini maraqlandıran çoxsaylı sualları cavablandırıb. Qeyd edək ki, bu görüşün …
Read MoreCategory: Mədəniyyət
Sənət yanğısı
Alim Qasımov – 66 Bu danılmaz bir həqiqətdir ki, musiqi ruhun qidasıdır. Əsl musiqi insanı dincəldir, ruhunu təzələyir, həyat eşqini yüksəldir. Azərbaycan xalq musiqisinin əsasını təşkil edən muğamlarımız isə sözün həqiqi mənasında möcüzədir, sirdir, hikmətdir. Ona görə də muğam ifaçılarının musiqi aləmində xüsusi yeri var. Hər musiqiçidən muğam ifası gözləmək bəlkə də, sadəlövhlük olardı. Başqa sözlə, muğam ifa etmək hər oğulun girdiyi kol deyil… Musiqi aləmində sözünü demiş, oxuduğu muğamlara möhürünü vurmuş, əsl xalq məhəbbətini qazanmış, ustad muğam ifaçıları çox olub. Onlardan dünyasını dəyişənlər də var, bu gün də muğamla…
Read More“Əsl Əhli- beyt aşiqləri öz vətəninə bağlı olanlardır” – Seyid Camal çağırış etdi
“Azərbaycan xalqı əsrlərdir ki, İslam Peyğəmbəri Məhəmməd Mustafanın və onun mübarək ev xalqına, Əhli- beytinə sevgi, sayğı və ehtiramda israrlıdır”. “Regionpress.az” 525.az-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib. Onun sözlərinə görə, məhz Əhli- beyt sevgisi Azərbaycanda məzhəblərarası, dinlərarası münasibətlərin qorunub saxlanmasında, birlik və bərabərliyin, qardaşlığın mühafizə olunmasında, eləcə də Azərbaycan dövlətçiliyinin bütövlüyü yolunda bir ortaq dəyərə çevrilib: “Azərbaycan dünyəvi ölkə olsa da, Peyğəmbər və onun Əhli- beyt irsinin yaşadılmasının, mühafizə olunmasının ən böyük təminatçısı Azərbaycan dövlətnin başçısı, Qarabağın fatehi cənab…
Read MoreGənc həkimin peşə sevgisi, və yaxud Elnarə həkimin sədaqət andı!
Onun iş rejimi çoxlarını heyrətləndirir. Çalışdığı səhiyyə ocağının Terapeya şöbəsində stasionar müalicədə olan xəstələrin müayinəsinin ardınca, həkim çatışmazlığı ucbatından poliklinikada çox sayda xəstəni qəbul edir, ağır xəstələrin gecikmədən ixtisaslaşmış xəstəxanalara göndərişlərini hazırlayır. Hələ, imtiyazlı xəstələrə dərmanların yazılması da onun boynunadır. Bir sözlə, lazım gəldikdə bir neçə həkimin görəcəyi işi təkbaşına öhdələyir. Hər gün gərgin iş rejimində durmadan işləməyə, hələ üstəlik bəzi xəsətlərin nazı ilə davranmağa da alışıb Elnarə həkim. Səbrlə, təmkinlə onları dinləyib, yola salır. Deyir: artıq bu iş rejiminə alışmışam, insanlara xidmət göstərməkdən mənəvi zövq alıram. … Elnarə İsmayıl…
Read MoreXarı bülbülün vətəni
(Şuşa səfəri təəssüratı) Şuşa azad olunandan sonra bu şəhərə hər il çoxsaylı səfərlər təşkil olunur. Bu mədəniyyət beşiyini təkrar-təkrar görməyə daha çox şairlər, yazıçılar, alimlər can atırlar. Şuşaya yazılan şeirlər el məhəbbətinin ifadəsidir. Builki səfərlərdən birini Heydər Əliyev Mərkəzi, Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyi birlikdə təşkil etmişdi. Səfərə Vaqif Poeziya Günlərində iştirak edəcək qələm adamları qatılmışdılar. Poeziya günlərinin açılığı Vaqifin doğulduğu Qazaxda oldu və Şuşa şəhərində davam etdirildi. Üçgünlük səfər boyunca Saatlı və Yuxarı Gövhərağa məscidlərinə, Mir Möhsün Nəvvabın sərgisinə, Şuşa Xalça Muzeyinə, Yaradıcılıq Mərkəzinə ekskursiyalar təşkil olundu. Poeziya günlərinin…
Read MoreBiləsuvarın ən böyük məktəbi tikilir
Biləsuvar rayonunda 7 min əhalinin yaşadığı Bəydili kəndində ən müasir tələblərə cavab verəcək məktəbin tikintisi sürətlə davam etdirilir. “ Regionpress.az” xəbər verir ki, məktəbin tikintisi Heydər Əliyev Fondunun sifarişi ilə “Mornig Star” MMC tərəfindən yüksək səviyyədə aparılır. Hal – hazırda məktəbin zirzəmi hissəsində tikinti işləri tamamlandırılmaq üzrədir. 3 mərtəbəli, 7 korpusu, 650 yerlik akt zalı, 460 yerlik yeməkxanası və 72 sinif otağı olacaq 1400 şagird yerlik məktəbin tikintisi 2000 kvt.mt ərazidə aparılır. Məktəbin iki bağlı və açıq meydançaları da olacaq. Şəhid Rüfət Mikayılovun adınını daşıyan, 700 yerlik Bəydili kənd tam…
Read More